Ölümü ilə idman dünyasını yasa boğan futbolçunun ailəsinə qoyduğu miras açıqlanıb
“Liverpul”un ulduz futbolçusu Dioqo Jota (28), başına gələn avtomobil qəzasından sonra avtomobildə başlayan yanğında qardaşı Andre ilə birlikdə həyatını itirmişdi.
Sherg.az xəbər verir ki, futbol dünyasını sarsıdan ölümün ardından Jotanın mirası ortaya çıxıb. “Daily Mail” xəbərinə görə, Jota həyat yoldaşı Rute Kardoso və üç uşağına böyük bir sərvət buraxıb.
Jota, “Liverpul”a keçdiyi ilk iki ildə 8.6 milyon funt sterlinq qazanıb. 2022-ci ildə isə yenilənmiş 5 illik müqaviləyə ümumilikdə 21.8 milyon funt sterlinq dəyərində imza atmışdı.
Ancaq 5 ili tamamlamadan həyatını itirən ulduz futbolçunun ailəsinə qalan 14.5 milyon funt sterlinq ödənəcək.
Jotanın vəfatı ilə sarsılan həyat yoldaşı və uşaqlarına performans bonusları, marka müqavilələri daxil olmaqla ümumilikdə 35 milyon funt sterlindən çox miras qalacaq.
Bundan başqa Jotanın pulundan əlavə mülkləri, sərmayələri və avtomobilləri də mövcuddur.