RU

Yeni transferi dubl etdi, "Çelsi" finala yüksəldi

ABŞ-də keçirilən klublararası dünya çempionatında yarımfinal mərhələsi start götürüb.

Fanat.Az xəbər verir ki, "Çelsi" Braziliya təmsilçisi "Fluminense" ilə qarşılaşıb.

"Zadəganlar" yeni transfer Pedronun dublu sayəsində inamlı qələbə qazanaraq finala yüksəliblər. Braziliyalı həmyerlilərini 18 və 56-cı dəqiqələrdə oyuna mərkəzdən başlamağa məcbur edib - 2:0.

Yarımfinalın digər matçında İspaniyanın "Real Madrid" UEFA Çempionlar Liqasının qalibi PSJ ilə üz-üzə gələcək. İkinci yarımfinal dueli iyulun 9-da olacaq. Bu matçın start fiti Bakı vaxtı ilə saat 23:00-da səsləndiriləcək.

Nihat

Избранный
50
24
fanat.az

10Источники