RU

MAQATE: “1990 cı illərdə Kiyev doğru qərar verib” VİDEO

Azvision portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

AzVision.az xəbər verir ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) baş katibi Rafael Qrossi Polşanın “Rzeczpospolita” nəşrinə müsahibəsində belə deyib . Qrossi xatırladıb ki, 1991-ci ildə Ukrayna müstəqillik qazananda dünyada üçüncü ən böyük nüvə arsenalına malik olub. Üç il sonra Ukraynanın nüvə silahları Rusiyaya verilib. “Bundan əlavə, o zaman artıq Rusiya ilə ABŞ arasında müqavilə imzalanmış müqaviləyə əsasən, SSRİ-nin nüvə arsenalı ruslara verilməli idi. Bu səbəbdən Ukrayna nüvə silahını Rusiyaya ötürməkdən imtina etsəydi, beynəlxalq birlik onun müstəqil dövlət kimi mövcud olmasına imkan verməzdi”, - MAQATE-nin rəhbəri vurğulayıb.

İran MAQATE rəhbərini "persona non-grata" elan etdi

Moskvanın iddiasına görə, iyunun 27-də Rusiyanın nəzarəti altındakı Zaporojye Atom Elektrik Stansiyasının (AES) işçiləri Ukrayna ordusuna məxsus PUA-nın hücumuna məruz qalıb. Hadisə nəticəsində iş yerində yerləşən xidməti avtomobilə ziyan dəyib. Kanalı təmizləyən işçilər vaxtında təhlükəsiz yerə sığındıqları üçün xəsarət almayıb. Daha sonra məsləyə münasibət bildirən Rafael Qrossi deyib ki, baş verənlərlə bağlı məlumatlar təsdiqini taparsa, o zaman söhbət böyük AES yaxınlığında “tamamilə qəbuledilməz hücumdan” gedir. MAQATE-nin baş katibi bu cür hücumlara “dərhal son qoymağa” çağırıb. Qeyd edək ki, son illər MAQATE-nin, xüsusilə də onun rəhbərinin daha çox siyasi oyunbazlıqla və Qərbədki güc mərkəzlərinin siyasi sifarişlərini yerinə yetirməklə məşğul olduğu barədə iddialar əhəmiyyətli dərəcədə artıb. Yeri gəlmişkən, məhz bu prizmadan yanaşan İran Rafael Qrossini persona "non-qrata" elan edib. Sahil İsgəndərov

AzVision.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
141
1
azvision.az

2Источники