RU

“Qarabağ”ın arxasınca Xankəndinə 100 avtobus, 1000 adam gedəcək

Azərbaycan kubokunun 1/8 final mərhələsinin“Qarabağ” – MOİK görüşünün Xankəndi şəhər stadionunda keçiriləcəyi ilə bağlı xəbər vermişdik.

Oyunu canlı izləmək istəyən azarkeşlər Bakıdan Xankəndiyə yola düşəcək.

Bununla bağlı Bakı Metropoliteninin iş sistemi dəyişdiriləcək.

Belə ki, dekabrın 21-də Bakı metrosu işinə 06:00-da deyil, 04:00-da başlayacaq. Bundan 30-40 dəqiqə sonra fanatlar “Koroğlu“ metrostansiyasının önündən Qarabağa istiqamət alacaq.

Təqribən 100 avtobus bu yolla hərəkət edəcək. Xankəndiyə səfər edəcək fanatların ümmumi sayının 1000 nəfərə yaxın olacağı gözlənilir.

«Qarabağ»ın təmsil etdiyi bölgəyə səfər planı dəqiqləşib. Ağdam klubu ayın 20-də təyyarə ilə Bakıdan Füzuliyə istiqamət alacaq.

«Köhlən atlılar» həmin günü Şuşada keçirəcək. Buradakı otellərdən birinə yerləşəcək komanda oyun günü Xankəndinə yollanacaq.

Yeri gəlmişkən, Peşəkar Futbol Liqası (PFL) klublara müraciət edib.

Ölkə çempionatının təşkilatçısı olan qurum Premyer Liqa, I Liqa və II Liqada yarışan bütün iştirakçıların nümayəndələrini Xankəndinə aparamğa hazırdır.

Bunun üçün hər kluba 1 yer ayrılıb. Ora yollanmaq könüllüdür.

SPORTİNFO.AZ

Избранный
590
50
sportinfo.az

10Источники