RU

SENSASİYA! Rusiya Cənubi Qafqaz üzərində nəzarəti itirir: ABŞ üçün tarixi fürsət yaranıb KONKRET

ain.az, Konkret.az portalına istinadən məlumat verir.

ABŞ-ın nüfuzlu “The Hill” nəşrində dərc olunan məqalədə Rusiyanın Cənubi Qafqazda nüfuzunu itirdiyi və bunun Vaşinqton üçün strateji fürsətə çevrildiyi bildirilir.

KONKRET.az xəbər verir ki, məqalədə qeyd olunur ki, Rusiya 150 ildən artıq bir müddətdə Cənubi Qafqaz regionuna hökm edib, bu ərazidə “böl və hökm sür” prinsipi ilə kolonial siyasət aparıb, Ermənistan və Azərbaycanı bir-birinə qarşı yönəltməyə çalışıb. Lakin indi vəziyyət dəyişir. Ermənistan və Azərbaycan sərhədlərin dəqiq müəyyənləşdirilməsi üzərində çalışırlar və bu fonda ABŞ-ın regionda sülhə töhfə vermək imkanı yaranıb.

Müəllif bildirir ki, Vaşinqton gərginlik yaratmadan bölgədə nüfuzunu artırmaq üçün iki əsas addım ata bilər:

Birinci addım Ermənistan Baş naziri Nikol Paşinyanın “Sülhün kəsişməsi” təşəbbüsünə investisiya qoymaqdır. Bu təşəbbüs Ermənistanın “Orta dəhliz”ə inteqrasiyasını, iqtisadi əməkdaşlığı, infrastrukturun inkişafını və Azərbaycan və Türkiyə ilə sülh diplomatiyasını nəzərdə tutur. ABŞ bu layihəyə dəstək verməklə həm Ermənistanın Moskvadan asılılığını azalda, həm də Rusiya və İranı kənardan ötən bir dəhlizin güclənməsinə töhfə verə bilər.

İkinci addım isə Azərbaycan və İsrail ilə üçtərəfli müdafiə əməkdaşlığı qurmaqdır. Bu ideya İsrailin Baş naziri Benyamin Netanyahu və yüksək vəzifəli rəsmilər tərəfindən irəli sürülüb. Bu əməkdaşlığın əsas məqsədi Rusiya deyil, daha çox İrandan gələn təhdidlərin qarşısını almaqdır. Tehran rəsmiləri və mediası Azərbaycanı İsrailin “Qalxan Şir” əməliyyatında iştirakda, azərbaycanlıların casusluğa cəlb edilməsində və İsrailin Azərbaycan ərazisindən İrana qarşı istifadə etməsində ittiham edir.

Natiq Səlim,

KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
26
39
konkret.az

10Источники