RU

Öcalan PKK -ya video müraciət etdi: "Silahları..." - VİDEO

PKK lideri Abdullah Öcalanın İmralı həbsxanasında çəkilmiş video müraciəti yayımlanıb.

Musavat.com xəbər verir ki, PKK-yə yaxın Fırat xəbər agentliyi tərəfindən yayımlanan görüntülərdə Öcalan, silahı deyil, siyasəti və toplumsal barışı müdafiə etdiyini bildirib.

O, “PKK-nın silahlı mübarizəsi və ayrı dövlət məqsədi miadını doldurub. Artıq demokratik siyasətə keçid zamanıdır”, – deyə vurğulayıb və PKK-ya özünü buraxma çağırışı edib.

Qeyd edək ki, PKK 5-7 may tarixlərində keçirdiyi 12-ci qurultayda özünü buraxdığını və silahlı fəaliyyətinə son verdiyini açıqlayıb. Öcalanın çıxışı Türkiyədə və beynəlxalq aləmdə də geniş rezonans doğurub. 

 

Musavat.com

Избранный
47
musavat.com

1Источники