RU

Ərdoğan xalqaTARİXİ MÜRACİƏT edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan şənbə günü tarixi çıxış edəcək.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə hakim AK Partiyanın sözçüsü Ömər Çəlik anons verib.

 

O, vətəndaşları Prezidentin çıxışını dinləməyə dəvət edib.

 

Çelik Türkiyədəki bütün təhlükəsizlik bölmələrinin demokratiyanı və Cümhuriyyəti qorumaq vəzifəsi daşıdığını xatırladıb: "Bunun nəticəsidir ki, ölkədə terror təşkilatının ləğvinin reallaşa biləcəyi bir mühit yaradılıb. Xarici güclər terror təşkilatlarından öz məqsədləri üçün istifadə edirlər. Terror təşkilatı daxilində tərksilah prosesi proqnozlaşdırıldığı kimi gedir. Terrorsuz Türkiyə bizim dövlətin layihəsidir. Türkiyə Böyük Millət Məclisində tərksilah prosesinin təfərrüatını müzakirə etmək üçün komissiya yaradılması planlaşdırılır. Biz bu prosesi “Bir Vətən, bir millət, bir dövlət, bir bayraq” prinsipi ilə həyata keçiririk".

Избранный
33
50
senzor.az

10Источники