RU

Rusiyaya Ukraynanı fəth etmək üçün 89 il vaxt lazımdır

Hətta son 30 gündə müşahidə olunan daha sürətli irəliləyiş tempində belə, ruslara bütün Ukraynanı fəth etmək üçün 89 il lazım olacaq.

"Unikal" xəbər verir ki, bu barədə B.Britaniyanın "The Economist" nəşri yazıb. 

Məlumata görə, ruslara Ukraynanın nəzarəti altında olan dörd rayonun bir hissəsini ələ keçirmək üçün 2029-cu ilin fevralına qədər vaxt lazım olacaq.

Qeyd olunur ki, Ukraynadakı müharibəni izləmək üçün "The Economist" jurnalistləri NASA proqramının məlumatlarından istifadə edirlər.

"Xüsusilə də bu məlumatlar sayəsində Xerson vilayətində Dnepr çayı üzərində gərgin döyüşlərin davam etdiyini görmək olar. Öz növbəsində şimalda 50 minlik rus ordusu Sumiyə hücum edir", - nəşr yazıb", - nəşr vurğulayır.

Məqalədə xatırladılıb ki, hələlik hər iki tərəfin itkiləri ilə bağlı rəsmi məlumat yoxdur, lakin "The Economist"in hesablamalarına görə, 3 ildir davam edən müharibədə Rusiyanın itkiləri 900-1,3 milyon, o cümlədən təxminən 190-350.000 nəfər arasında dəyişir. Eyni zamanda, ölü və itkin düşmüş şəxslərin kataloqu tammiqyaslı işğalın başlanmasından bəri 73.000 ilə 140.000 arasında Ukrayna əsgərinin öldüyünü göstərir.

Gülayə Mecid

 

 

Избранный
32
10
unikal.az

10Источники