RU

Rusiya hava məkanını AÇIR

Saratovun Qaqarin hava limanında təyyarələrin gəliş-gedişinə qoyulan məhdudiyyətlər təxminən beş saatdan sonra aradan qaldırılıb.

News24.az xəbər verir ki, bu barədə Rosaviasiya nümayəndəsi Artem Korenyako öz teleqram kanalında məlumat verib. Onun sözlərinə görə, məhdudiyyətlər uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə tətbiq edilib.

Hava limanı səhər saat üçün yarısında fəaliyyətini dayandırıb.

Qeyd edək ki, həftə sonu Ukraynanın pilotsuz təyyarələrinin kütləvi hücumları fonunda Rusiya hava limanları da uçuşlara müvəqqəti məhdudiyyətlər tətbiq edib. Rosaviasiyanın məlumatına görə, iyulun 5-dən iyulun 7-də Moskva vaxtı ilə saat 6:00-a qədər aviaşirkətlər 485 reysi ləğv edib, 88 təyyarə isə alternativ aerodromlara yönləndirilib.

Aqil

Избранный
44
1
news24.az

2Источники