RU

Bu il 40 bağça direktoru vəzifəsindən azad edilib

"Bakıda 20 mindən çox valideyn övladını bağçaya yerləşdirmək istəyir, lakin yerlər məhduddur".

AzEdu.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Sertifikatlaşdırma 2025: peşəkar müəllim - keyfiyyətli təhsil" mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.

Nazir bildirib ki, hazırda Bakı şəhərində bağçaya olan tələbat təklifdən çoxdur:"Bağçalara uşaqların qəbulunu elektronlaşdırmışıq. Bu sistem vasitəsilə bağça müdirləri ilə valideynlər arasında qeyri-rəsmi sövdələşmələrin qarşısını almağa çalışırıq. Eyni zamanda, bağçalarda mütəmadi yoxlamalar aparılır. Bu ilin altı ayı ərzində 40 bağça direktoru vəzifəsindən azad edilib, 100-dən artıq şəxs barəsində inzibati tədbir görülüb".

Избранный
51
2
azedu.az

10Источники