ain.az, Azertag portalına istinadən məlumat verir.
Bakı, 10 iyul, AZƏRTAC
Böyük Britaniyanın University College London (UCL) universitetinin professoru, Kral Tibb Cəmiyyətinin İdman Tibbi bölməsinin vitse-prezidenti, İdman tibbi üzrə Avropa standartının müəllifi, Beynəlxalq Olimpiya Komitəsinin tibbi eksperti Maykl Pol Luzmor tərəfindən “İdman tibbində çiyin zədələnmələri. Diaqnostika, müalicə və reabilitasiya” mövzusunda elmi-praktik təlim keçirilib.
Azərbaycan İdman Akademiyasından AZƏRTAC-a verilən məlumata görə, təlimin məqsədi idmançılarda rast gəlinən çiyin zədələnmələri və disfunksiyalarının yaranma səbəblərinin araşdırılması, onların düzgün diaqnostikasının aparılması və reabilitasiya prosesinin səmərəli şəkildə təşkili yollarının öyrənilməsi olub.
Elmi-praktik təlimdə Azərbaycan Cüdo Federasiyası, Azərbaycan Tibb Universiteti, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi, müxtəlif tibb müəssisələrinin həkimləri və Azərbaycan İdman Akademiyasının əməkdaşları iştirak ediblər.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.