RU

Nəsimi rayonunda 21 kiloqram narkotik vasitə aşkarlanıb (VİDEO)

Bakı.Trend:

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları narkotiklərin qanunsuzdövriyyəsinə qarşı növbəti əməliyyat keçirib.

Trend xəbərverir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Tədbir zamanı 32 yaşlı Rahib Ələkbərli və əvvəllər məhkumolunmuş 29 yaşlı Samir Xeyrullayev saxlanılıblar. Onlardanümumilikdə 21 kiloqram 735 qram həşiş, marixuana və psixotrop maddəolan metamfetamin aşkarlanaraq dövriyyədən çıxarılıb.

Onlar şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşlarıtərəfindən narkokuryerliyə cəlb olunduqlarını və narkotikvasitələri maddi qazanc müqabilində ayrı-ayrı ünvanlara çatdırmağıplanlaşdırdıqlarını bildiriblər.
Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar aparılır.Rahib Ələkbərli və Samir Xeyrullayevin daxil olduqlarınarkoşəbəkənin digər üzvlərinin də müəyyənləşdirilərək məsuliyyətəcəlb olunmaları istiqamətində əməliyyatlar davam etdirilir.

Избранный
82
44
az.trend.az

10Источники