Hurriyyet.az "Vestnik Kavkaza" portalına istinadla xəbər verir ki, Yəməndəki husilər İsrailin paytaxtı Tel-Əviv şəhərində yerləşən Ben-Qurion aeroportuna zərbələr endiriblər.
Bu, İsrailin Yəmənə qarşı həyata keçirdiyu "Qara bayraq" əməliyyatı fonunda baş verib. Husilərin təmsilçisi Yəhya Saria aeroportun ballistik raketlə vurulduğunu bildirib. Təmsilçi deyib: "Yəmənin raket qoşunları uğurlu hərbi əməliyyat keçirərək Tel-Əvivdə Ben-Qurion aeroportunu "Zülfiqar" ballistik raketi ilə vurublar. Əməliyyat hədəfinə çatıb".
Hürr Tərcüman