Azərbaycan fond bazarında fəaliyyət göstərən birja üzvlərinin 2025-ci ilin yanvar–iyun aylarını əhatə edən əməliyyat göstəricilərini açıqlayıb.
«İnvest-Az»ın ticarət həcmi 2 dəfədən çox artıb - RƏQƏMLƏR
FED.az xəbər verir ki, statistikaya əsasən, "Unicapital İnvestisiya Şirkəti" ASC-nin bu ilin ilk yarısında həyata keçirdiyi əməliyyatların ümumi dəyəri 1,1 milyon manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 35,2% azalma deməkdir.
2024-cü ilin ilk 6 ayında ümumi dövriyyə 1,7 milyon manat təşkil etmişdi.
ARMB və dövlət istiqrazlarında ciddi geriləmə
2025-ci ildə ARMB qiymətli kağızları ilə bağlı əməliyyatların həcmi cəmi 12,2 milyon manat olub. Bu göstərici ötən ilin eyni dövründə 70,8 milyon manat idi. Düşüş 82%-ə yaxınlaşıb. Dövlət istiqrazlarında da nəzərəçarpacaq azalma müşahidə edilib. 2024-cü ildə bu alət üzrə dövriyyə 264,8 milyon manat təşkil edirdisə, 2025-ci ildə bu rəqəm 77,4 milyon manata qədər geriləyib. Bu da 70,7% azalma deməkdir.
Korporativ istiqrazlarda az fərqlə geriləmə qeydə alınıb
Şirkət korporativ istiqrazlar üzrə də əvvəlki ilə nisbətən zəif göstərici ilə çıxış edib. Bu kateqoriya üzrə əməliyyatlar 463,8 milyon manatdan 397,5 milyon manata düşüb. Təxminən 14% azalma baş verib.
Səhm bazarında əhəmiyyətli yüksəliş
Buna qarşılıq, səhmlərlə ticarət sahəsində kəskin artım müşahidə olunub. 2024-cü ilin ilk 6 ayında 220 min manat olan dövriyyə, 2025-ci ilin eyni dövründə 2,49 milyon manata qədər yüksəlib. Yəni təxminən 10 dəfəyə yaxın artım baş verib.
Repo əməliyyatlarında geriləmə davam edir
Repo bazarında da azalma tendensiyası davam edib. 2024-cü ildə 967,3 milyon manat olan əməliyyat həcmi, 2025-ci ildə 697,1 milyon manata qədər enib. Bu isə 28%-lik azalma deməkdir.
Əməliyyat sayı 77%-ə yaxın artıb
Əməliyyatların həcmi azalsa da, əməliyyat sayı əksinə, artım göstərib. Əgər 2024-cü ilin ilk yarısında 2459 əməliyyat həyata keçirilmişdisə, 2025-ci ilin eyni dövründə bu göstərici 4 359-a çatıb. Yəni əməliyyat sayı 77% artıb ki, bu da bazarda aktivliyin müsbət istiqamətdə dəyişdiyini göstərir.
Daha detallı aşağıdakı cədvəldə:
Qiymətli Kağızın növünə görə | 2025 yanvar – iyun (AZN) | 2024 yanvar – iyun (AZN) |
ARMB qiymətli kağızları | 12251233 | 70873094 |
Dövlət İstiqrazları | 77455719 | 264799340 |
Korporativ İstiqrazlar | 397588,642 | 463818790 |
Səhm | 2492242 | 220000 |
Repo | 697178320 | 967344596 |
Cəmi əməliyyatların həcmi (şirkətlər üzrə) (AZN) | 1186966155 | 1767055819 |
Cəmi əməliyyatların sayı | 4359 | 2459 |
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.