RU

«Xalq Kapital»ın ARMB bazarındakı dövriyyəsi 100 faizə yaxın azalıb - RƏQƏMLƏR

2025-ci ilin ilk altı ayı “Xalq Kapital İnvestisiya Şirkəti” QSC üçün kəskin azalmanın müşahidə olunduğu dövr olub. Bakı Fond Birjasında aparılan əməliyyatlar ötən ilin eyni dövrü ilə müqayisədə demək olar ki, bütün sahələr üzrə ciddi geriləmə göstərib.

«CPM-İnvest»in əməliyyat həcmi kəskin azalıb - RƏQƏMLƏR

FED.az xəbər verir ki, ən ciddi eniş ARMB qiymətli kağızları bazarında qeydə alınıb. 2024-cü ilin ilk yarısında şirkət bu bazarda 178,5 milyon manatlıq əməliyyat həyata keçirmişdi. Lakin 2025-ci ildə bu göstərici cəmi 7,9 milyon manat təşkil edib. Bu, 170,5 milyon manatlıq fərqtəxminən 96% azalma deməkdir.

Dövlət istiqrazları üzrə şirkət ümumiyyətlə heç bir əməliyyat aparmayıb. Əgər 2024-cü ildə 19,5 milyon manatlıq dövlət istiqrazı alqı-satqısı baş tutmuşdusa, 2025-ci ilin yanvar–iyun aylarında bu göstərici 0 manat olub. Beləliklə, burada 100%-lik azalma müşahidə edilib.

Korporativ istiqrazlar sahəsində də eniş davam edib. 2024-cü ildə bu bazarda 4,4 milyon manatlıq əməliyyat aparan “Xalq Kapital”, 2025-ci ildə bu göstəricini 1,1 milyon manata qədər azaldıb. 3,3 milyon manatlıq azalma ilə nəticələnən bu geriləmə təxminən 75% azalma deməkdir.

Səhm bazarında isə ümumiyyətlə fəaliyyət dayandırılıb. 2024-cü ildə 272 manatlıq əməliyyat aparılmışdısa da, 2025-ci ilin ilk yarısında bu məbləğ 0-a enib, yəni tam azalma baş verib.

Ümumilikdə, "Xalq Kapital"ın bütün bazarlarda iştirakı nəzərəçarpacaq dərəcədə zəifləyib və 2025-ci ilin ilk altı ayı şirkət üçün aşağı dinamika ilə yadda qalıb.

Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür. 

Избранный
35
4
fed.az

5Источники