RU

«PSG Kapital»ın dövlət istiqrazlarında əməliyyat həcmi 80%-ə yaxın azalıb - RƏQƏMLƏR

2025-ci ilin yanvar–iyun dövründə “PSG Kapital İnvestisiya Şirkəti” QSC Bakı Fond Birjasında əvvəlki illə müqayisədə daha aşağı əməliyyat göstəriciləri ilə çıxış edib.

«CFI FİNANCİAL»ın birja əməliyyatlarının həcmi - 80%-DƏN ÇOX AZALIB – RƏQƏMLƏR

FED.az xəbər verir ki, şirkət ən böyük geriləməni dövlət istiqrazları bazarında yaşayıb. Əgər 2024-cü ilin ilk altı ayında bu istiqrazlarla bağlı 73,8 milyon manatlıq ticarət həyata keçirilmişdisə, 2025-ci ilin eyni dövründə bu göstərici 14,4 milyon manata enib. Beləliklə, şirkətin bu seqmentdəki dövriyyəsi 59,4 milyon manat azalıb ki, bu da təxminən 80,5% azalma deməkdir.

Səhm bazarında isə şirkət tamamilə passiv olub. Əvvəlki il 203,6 min manatlıq əməliyyat aparılsa da, bu il bu məbləğ 0-a enib. Bu da 100%-lik azalma anlamına gəlir.

Əməliyyatların sayı baxımından isə cüzi eniş müşahidə olunub. 2024-cü ilin ilk yarısında 779 əməliyyat aparılmışdısa, 2025-ci ilin eyni dövründə bu rəqəm 768-ə düşüb. Bu isə 11 vahid və ya təxminən 1,4%-lik azalma deməkdir.

Ümumilikdə, 2025-ci ilin ilk yarısı “PSG Kapital” üçün aşağı dinamika ilə xarakterizə olunub, xüsusilə dövlət istiqrazları və səhmlər üzrə fəaliyyət nəzərəçarpacaq dərəcədə zəifləyib.

Избранный
19
fed.az

1Источники