RU

KİV: UTX polkovniki Kiyevdə güllələnib

Ukrayna paytaxtı Kiyevin Qoloseyvki rayonunda atışma olub, bir nəfər ölüb.

7News.Az Ukrayna KİV-ə istinadən xəbər verir ki, bu barədə şəhər polis idarəsinin sosial şəbəkələrdə yaydığı məlumatda deyilir.

"Polis əməkdaşları Kiyevin Qoloseyvki rayonunda atışmanın başvermə şəraitini müəyyənləşdirir. Zəng əsasında hadisə yerinə gedən hüquq-mühafizə orqanlarının əməkdaşları güllələnmiş kişi meyiti aşkar ediblər”, - məlumatda deyilir.

Bəzi Ukrayna KİV-i mənbələrə istinadən öldürülən şəxsin Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) polkovniki olduğunu yazır.

Hazırda hadisə yerində rayon və baş polis idarələrinin istintaq-əməliyyat qrupları, cinayət-axtarış əməkdaşları, kinoloqlar işləyir.

Hadisənin başvermə şəraiti araşdırılır.
Избранный
22
13
7news.az

10Источники