Bunu Qaynarinfo-ya açıqlamasında meyxanaçı-müğənni Samirə Yusifqızı həmkarı Yaşar Qafanlının ittihamlarına cavab verərkən deyib.
O, meyxana ifaçılarının bəzilərinin səs imkanlarının böyük olduğunu xatırladıb:
"Yaşar toyları, tədbirləri, qalmaqalları ilə gündəmi zəbt edib. Onun fikirlərinə hörmətim var, bilirəm ki, mənim ünvanıma deməyib. Bilir ki, mən istər müğənni, istərsə də meyxanaçı kimi ondan çox-çox illər qabaqdayam. Həm oxuyuram, həm də meyxana deyirəm. 1994-cü ildə rəhmətlik Ağasəlim Çıldağla meyxana demişəm. Onda Yaşar ortalıqda yox idi, bəlkə də balaca uşaq idi. Amma insanda şans yaxşı şeydir. Namiq Qaraçuxurlunun meyxanasına söz ola bilməz, musiqiçi kimi də dəyərlidir, səsi də şirindir. Vasif Əzimovun da həmçinin, səs imkanları böyükdür. Pərviz də şirin meyxana deyir. Burada qəbahət heç nə yoxdur. Daha da bol olsun, amma anlaya bilmirəm ki, o, Balaəliyə niyə mahnı oxumağı yaraşdırmır. Balaəli kimdən əskikdir? Kimin çörəyi haradan çıxırsa, qoy dolansın".
Samirənin fikirincə, musiqiçinin hər hansı həmkarına irad bildirməsi düzgün deyil:
"Hərənin öz yolu var. Mən ona-buna irad tutum, sonra gedib onu dolandırası deyiləm ki. Qoy çörəyini qazansın. Yaşar özü də əvvəllər oxuyub, bəs biz ona niyə demirdik? Yaşar, kiməsə irad bildirmə, hansı tərəfdən yardım edə bilirsənsə, əlini uzat, tuta bilmirsənsə, heç kəsə irad bildirmə".
Qeyd edək ki, meyxanaçı Yaşar Qafanlı həmkarlarını - Namiq Qaraçuxurlu, Orxan Lökbatanlı, Vasif Əzimov, Pərviz Bülbüləni tənqid edib:
10Источники
-
tribunainfo.azXalq artistinin oğlu: “Həkim səhlənkarlığı ucbatından atamı itirdim” ( 19236442)
-
musavat.com"Zenfira mənim ayaqlarımı yuyub" ( 19236010)
-
milli.az"Zenfira mənim ayaqlarımı yuyub" ( 19235131)
-
big.az"Həkim səhlənkarlığı ucbatından atamı itirdim" ( 19233535)
-
bizimshow.az“Həkim səhlənkarlığı ucbatından atamı itirdim…” ( 19232914)
-
hurriyyet.azXalq artistinin oğlu: "Həkim səhlənkarlığı ucbatından atamı itirdim" ( 19232881)
-
paralel.azXalq artistinin oğlu: "Həkim səhlənkarlığı ucbatından atamı itirdim" ( 19232482)
-
azreform.infoXalq artistinin oğlu: "Həkim səhlənkarlığı ucbatından atamı itirdim" ( 19232473)
-
sfera.azXalq artistinin oğlu: "Həkim səhlənkarlığı ucbatından atamı itirdim" ( 19232368)
-
olke.azXalq artistinin oğlu: "Həkim səhlənkarlığı ucbatından atamı itirdim" ( 19232212)