Şikayətim “Yapı Kredi Bank”ın Nərimanov filialındandır. Bankın qarşısında olan bankomat kartlkarı udur. Bank əməkdaşları isə müştərini günahlandırır.
“Bankın Nərimanovdakı filialının çölündə yerləşən bankomat uzun müddətdir ki, kartları udur. 2 ay əvvəl bir tanışımın kartı orada qaldı və 1 gün gedib-gəldi o kartı və pulunu geri almaq üçün. Bu gün isə mənim də başıma gəldi. Kartı uddu və pulu vermədi. Ətrafdan bildirdilər ki, neçə nəfərə belə olub. Filiala yaxınlaşıb polisə bildirirəm, deyir ola bilməz, siz nəyisə düz etməmisiz. Deyir, sabah gəlib kartı alarsınız.
Yəni hər kəs bir dəfə işindən gücündən olub bunların ayağına gəlməlidir? Mənə əks arqumentləri varsa, razıyam, məni çağırsınlar, kameraları açsınlar və ekspert gətirsinlər, baxaq. O bankomat işləmir”.
Qarşı tərəfi dinləməyə hazırıq.
Gülşən Rəsul
