RU

İrəvanla Bakı arasında nizamlanmaya töhfə verməyə hazırıq

ain.az, Azpost portalına istinadən məlumat yayır.

“Moskva İrəvanla Bakı arasında münasibətlərin nizamlanmasına töhfə verməyə hazırdır”

AzPost bildirir ki, bu sözləri  Rusiya Xarici İşlər Nazirliyinin rəhbərinin müavini Mixail Qaluzin “İzvestiya”ya müsahibəsində bildirib.

Diplomat vurğulayıb ki, ona doğru əsas istiqamətlər Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci və 2022-ci illər üzrə üçtərəfli sazişlərində öz əksini tapıb: “Hesab edirik ki, bu istiqamətlərdə hərəkət etməliyik: sülh müqaviləsinin hazırlanması, regionda iqtisadi əlaqələrin və nəqliyyat kommunikasiyalarının açılması, sərhədlərin demarkasiyası, delimitasiyası, Ermənistan və Azərbaycan parlamentləri ilə vətəndaş cəmiyyətləri arasında dialoqun qurulması”-deyə Qaluzin vurğulayıb.

Nazir müavini deyib ki, Rusiya üçtərəfli sazişlərin iştirakçılarından biri kimi buna öz töhfəsini verməyə hazırdır. “Təbii ki, tərəfləri qane edəcək formada”-deyə Qaluzin əlavə edib.

AzPost.az

Paylaş

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
31
3
azpost.info

6Источники