RU

 2025-ci ildə Azərbaycan və Ermənistan tarixi sülh müqaviləsinə imza atacaq -ŞOK PROQNOZ

Azərbaycanla müqavilə dekabrda imzalanacaq.
Belə bir iddia ilə “Hraparak” nəşri çıxış edib.
Bildirilib ki, Ermənistan Zəngəzur dəhlizinə “autsorsinq” verilməsinin (regional kommunikasiyaların blokdan çıxarılması funksiyalarının beynəlxalq təşkilatlara verilməsi) əleyhinə deyil.
Nəşr iddia edib ki, müqavilə dekabrda imzalanacağı üçün Ermənistan hüquq-mühafizə orqanlarının əməkdaşları hərəkətə keçib, xüsusən də Daşnaksütyun üzvlərini həbs edirlər və “etiraz edə biləcək qüvvələri” sıradan çıxarırlar.
Qeyd edək ki, iyulun 10-da BƏƏ-nin paytaxtı Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçirilib.

Politoloq Zeynal Əmrəliyev Sherg.az-a bildirib ki, sülh müqaviləsinin imzalanması ilə bağlı mühüm irəliləyişlər əldə edilib, əsas məsələlər razılaşdırılıb və artıq ciddi bir problem qalmayıb:

"Əvvəllər tərəflər arasında bəzi məsələlərlə bağlı fikir ayrılıqları mövcud idi. Lakin Əbu-Dabidə keçirirəm görüş müsbət nəticələndi. Həmin fikir ayrılıqlarının aradan qaldırılması və tərəflərin bir-birini daha yaxşı başa düşməsi baxımından bu görüşün mühüm əhəmiyyəti oldu. Müzakirə olunan məsələlərin bir çoxu, o cümlədən daha əvvəlki cüzi fikir ayrılıqları da bəzi media qurumlarının yazdıqlarına əsasən, artıq həllini tapıb. Bundan sonra əsas məsələ sülh müqaviləsinin imzalanacağı yeri və tarixini müəyyənləşdirmək, eləcə də müqavilənin özü üzrə son prosedurları yekunlaşdırmaqdır.
Düzdür, hələlik razılaşdırılan məsələlərin dəqiq detalları ictimaiyyətə açıqlanmayıb. Lakin bunlar sülh müqaviləsində əksini tapacaq. Yəqin ki, müqavilə imzalandıqdan sonra hansı məsələlərin razılaşdırıldığı tam şəkildə məlum olacaq. Böyük ehtimalla Zəngəzur dəhlizinin açılması ilə bağlı məsələlər də razılaşma paketinə daxil edilib. Bu barədə artıq Ermənistan tərəfinə yaxın bəzi dövlət mediası məlumatlar yayıb".

Analitik əlavə edib ki, yüksək ehtimalla sülh müqaviləsi bu il ərzində imzalanacaq:
"Payız aylarında – sentyabr, oktyabr, noyabr və ya dekabrda – iki ölkə arasında sülh sazişinin imzalanması gözlənilir. Ümumilikdə, 2025-ci ildə Azərbaycan və Ermənistan tarixi sülh müqaviləsinə imza ataraq münaqişəyə son qoyacaqlar".
Избранный
80
50
sherg.az

10Источники