RU

İmişlidə 23 yaşlı gənc bıçaqlanıb

İmişli rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə İmişli rayonunun Boşçalılar kəndində baş verib.

Belə ki, kənd sakini, 2002-ci il təvəllüdlü İsmayılzadə Səbuhi Müşfiq oğlu bıçaq yarası ilə Şirvan xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Избранный
25
3
apa.az

10Источники