RU

“İstefa verdim, amma aktyor kimi çalışmağıma şərait yaradılmadı”

Xəbər verdiyimiz kimi, Azərbaycan Pantomim Teatrının direktoru, Əməkdar artist Elman Rəfiyev istefa ərizəsi yazaraq işindən ayrılıb. 

Axşam.az xəbər verir ki, aktyor Azxeber.com-a açıqlamasında işdən 6 ay öncə ayrıldığını bildirib:

"İki gündür telefonlarım susmur, eşidən hər kəs zəng edir. İlk və son dəfə bu haqda danışacağam. Bu istefa 6 ay öncə baş verib, sadəcə sizə məlumat gec çatıb. Bunun səbəbini isə birbaşa Mədəniyyət Nazirliyindən soruşmaq lazımdır. Onların bu barədə açıqlama verməməsinin səbəbi nədir, bilmirəm. Mənim yerimə təyinat da olub".

Aktyor teatrda çalışması üçün ona heç bir şərait yaradılmadığını qeyd edib: 

"Rəhbərlikdən istefa versəm də, orada aktyor kimi çalışmağıma belə heç bir şərait yaratmadılar. Mən Pantomim teatrının yaradıcısıyam. Bu teatrın adı gələndə mən yada düşürəm. Hal-hazırda işsizəm. Aktyor hər yerdə çalışa bilər, sadəcə gərək təklif gəlsin. Mən kiminsə qapısında oturub iş istəyən deyiləm, heç vaxt da belə biri olmamışam. İndidən sonra da bunu etməyəcəyəm. Hazırda Dövlət Televisiyasında "Fatehlərin divanı" televiziya tamaşasında həm aktyorlar üzrə rejissoram, həm də rol alıram. İncəsənət aləminin mənə ehtiyacı var, amma verilən qiymət çox dəyərsizdir və mən tək deyiləm. Bizim dəstəmiz çox böyükdür. Bu acı reallıqdır".

Əməkdar artist bildirib ki, Mədəniyyət Nazirliyinin nə üçün 6 ay müddətində bu xəbəri ictimaiyyətlə bölüşməməsindən xəbərsizdir:

Избранный
5
7
demokrat.az

9Источники