RU

Ukrayna yeni HHM sistemlərinin alınması ilə bağlı Avropa ölkələriylə danışıqlar aparır

Ukrayna

“Patriot” sistemlərinin alınması ilə bağlı danışıqlardan əlavə, Ukrayna tərəfi geniş çeşiddə digər hava hücumundan müdafiə (HHM) sistemlərinin alınması üzərində işləyir.

“Report” Ukrayna KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin nümayəndəsi Georgi Tixiy brifinq zamanı bildirib.

“Avropada ballistik raketləri vurmağa qadir olan başqa bir sistem də var – bu, İtaliya-Fransa istehsalı olan “SAMP/T”dir”, - o deyib.Strateji sistemlərlə yanaşı, daha az güclü, lakin effektiv HHM sistemlərinin alınması ilə bağlı danışıqlar da aparılır. O cümlədən söhbət NASAMS, “IRIS-T”, ASPID, eləcə də hava hədəflərini, o cümlədən “Shahed” dronlarını vurmağa qadir olan portativ MANPADS sistemlərindən gedir.

“Söhbət təkcə “Patriot”dan deyil, Ukraynada eşelonlu, etibarlı HHM sisteminin qurulması üçün bütün sistemlərdən gedir”, – Tixiy vurğulayıb.

O, ələ keçirən dronlara investisiyaların prioritetini qeyd edib. Nazir müavininin sözlərinə görə, Ukrayna hava hədəflərini tutmaq və vurmaq iqtidarında olan dronların unikal texnologiyasını yaradıb və indi tərəfdaşların dəstəyi ilə onların istehsalını genişləndirmək qarşıda duran məsələdir.

Onun sözlərinə görə, hazırda Ukraynanın qarşısında iki əsas vəzifə durur - tərəfdaşların resursları hesabına müdafiə potensialını genişləndirmək və özünün strateji HHM sistemini yaratmaq.

Избранный
25
7
xalqcebhesi.az

10Источники