RU

Çəki problemlərinin gözlənilməz səbəbi açıqlandı

Baku.ws portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Rusiyalı alimlər yuxunun keyfiyyəti ilə artıq çəki problemləri arasında birbaşa əlaqə olduğunu müəyyən ediblər.

BAKU.WS "Gazeta.Ru"ya istinadla xəbər verir ki, yetərsiz yuxu piylənmənin əsas səbəblərindən biri ola bilər.

Yuxu üzrə mütəxəssis, həkim-somnoloq Maksim Novikov izah edib ki, insan yatarkən aclıq və toxluq hissini tənzimləyən hormon balansı bərpa olunur. Xroniki yuxusuzluq zamanı orqanizmdə grelin hormonunun səviyyəsi artır – bu hormon iştahanı stimullaşdırır. Eyni zamanda leptin hormonunun səviyyəsi azalır – bu hormon isə toxluq hissinə cavabdehdir.

Bundan əlavə, yuxu çatışmazlığı kortizol – yəni stress hormonunun səviyyəsini artırır, bu isə insanın yüksək kalorili qidalara olan meylini gücləndirir. Yorğun orqanizm tez enerji mənbəyi axtarır və nəticədə insan daha çox zərərli qidaları seçir.

Mütəxəssis əlavə edib ki, bu vəziyyəti daimi yorğunluq səbəbilə azalan fiziki aktivlik daha da ağırlaşdırır. Paralel olaraq, xroniki yuxu çatışmazlığı maddələr mübadiləsini zəiflədir, bu isə insanın gündəlik qida rasionunu dəyişməsə belə, artıq çəki yığmasına səbəb ola bilər.

Çəki problemi ilə mübarizə aparanlara ilk növbədə yuxu rejimini qaydaya salmaq tövsiyə olunur. Novikov vurğulayıb ki, böyüklər üçün optimal gecə yuxusu müddəti 7–9 saat təşkil etməlidir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
17
50
baku.ws

10Источники