RU

KİV: Netanyahu hakimiyyəti saxlamaq üçün Qəzzada müharibəni qəsdən uzadıb

ain.az, Apa.az portalına istinadən məlumat verir.

İsrailin baş naziri Benyamin Netanyahu 2024-cü ilin aprelində Qəzza zolağında atəşkəsə razılaşa bilərdi, lakin o, siyasi baxımdan sağ qalması naminə bundan imtina etdi.

APA xəbər verir ki, bu barədə “The New York Times” İsrail, ABŞ və ərəb ölkələrindən olan 110-dan çox mənbə ilə söhbətlərə əsaslanaraq yazıb.

Qəzet bildirir ki, radikal sağçı koalisiya müttəfiqlərinin təzyiqi altında Netanyahu HƏMAS hərəkatının razılaşmaya ən çox hazır olduğu əsas məqamlarda danışıqların gedişatını ləngidib.

O, hətta İsrail hərbi rəhbərliyinin bunu zəruri hesab etmədiyi halda belə, hərbi əməliyyatların davam etdirilməsində israr edib.

Tərəflər nəhayət 2025-ci ilin yanvarında atəşkəs haqqında razılığa gələ bilsələr də, Netanyahu qismən sağçı qüvvələr arasında narazılığın qarşısını almaq üçün mart ayında atəşkəs rejimini pozub.

Qəzet qeyd edir ki, bu yanaşma Qəzzada müharibənin sona çatmamasına və nəticədə minlərlə fələstinlinin ölümünə səbəb olub, bəzi girovların sağ-salamat qaytarılmasının qarşısını alıb, İsrail cəmiyyətində fikir ayrılıqlarını dərinləşdirib, Səudiyyə Ərəbistanı ilə sülh sazişini pozub və beynəlxalq ictimaiyyət qarşısında İsrailin imicini ləkələyib.

Qəzetin yazdığına görə baş nazirin özü üçün bu addımın nəticələri son dərəcə faydalı olub. O, maksimum gücü əlində cəmləyib, HƏMAS-ın 2023-cü il oktyabrın 7-də İsrailə hücumu ilə bağlı təhqiqatın qarşısını alıb. Çünki təhqiqat bu hücumun qarşısını almamaqda onun günahkar olduğunu göstərə bilərdi. Bundan başqa Netanyahu İrana hücumu planlaşdırmaq və həyata keçirmək imkanı qazanıb.

Nəhayət, hətta Netanyahunun ən sadiq tərəfdarları belə etiraf edirlər ki, döyüşlərin davam etdirilməsi onun vəzifədə qalmasına imkan verib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
43
2
apa.az

3Источники