RU

Əşrəf Hakimi "Real Madrid"dən gedişinin təfərrüatlarını açıqlayıb

PSJ-nin sağ cinah müdafiəçisi Əşrəf Hakimi 2025-ci ildə klublararası dünya çempionatının yarımfinalında "Real Madrid" üzərində qələbədən (4:0) sonra İspaniya klubundan ayrılmasından danışıb.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, futbolçu getmək istəmədiyini, klubun onu yolladığını deyib.

"Real Madriddən ayrılmaq qərarına gələn mən deyildim. Onlar bu qərarı verdilər. Mən PSJ-də xoşbəxtəm, çünki onlar mənə sevdiyim şeyi etməyə - oynamağa və oyundan həzz almağa icazə verdilər".

Xatırladaq ki, 26 yaşlı mərakeşli futbolçu "Los Blancos"un yetirməsidir. 2020-ci ilin sentyabrında Hakimi "Real Madrid" tərəfindən "İnter"ə 43 milyon avroya satıldı. Daha sonra Milan komandasında bir mövsüm keçirdikdən sonra Hakimi PSJ-yə satılıb. Həmin vaxt müxtəlif mənbələr müdafiəçinin transferinin Fransa komandasına 60 milyon avroya başa gəldiyini bildirirdi.

Bu mövsüm Hakimi PSJ-də 53 matçda 11 qol və 14 məhsuldar ötürmə ilə yadda qalıb.

Избранный
5
1
far.az

2Источники