sport24.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
"Real"ın müdafiəçisi Rafael Obrador "Benfika"ya transfer olunub. Sport24.az "Kral klubu"nun mətbuat xidmətinə istinadən xəbər verir ki, Portuqaliya təmsilçisi futbolçu ilə 5 illik müqavilə imzalayıb.
"AS"-ın məlumatına görə, Lissabon klubu 21 yaşlı ispan üçün 5 milyon avro ödəyib. Razılaşmada həmçinin "Real"ın müdafiəçinin hüquqlarını satın alması ilə bağlı bənd də var.
Qeyd edək ki, Obrador 2024/25 mövsümündə icarə əsasında "Deportivo"nun formasını geyinib və 33 matçda bir məhsuldar ötürmə ilə yadda qalıb.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.