RU

Tovuzda maşın piyadanı vurdu - Vəziyyəti ağırdır

Tovuzda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

News24.az Unikal-a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Quşçu kəndinin yaxınlığında qeydə alınıb.

Belə ki, hərəktədə olan avtomobil yolu keçmək istəyən rayonun Çatax kənd sakini 1986-cı il təvəllüdlü Q.Həsənovu vurub. Piyada xəstəxanaya yerləşdirilib,vəziyyətinin orta ağır olduğu bildirilir.

Hadisə yerinə DYP əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.


Избранный
10
5
news24.az

5Источники