RU

Emin Ağalarov tanınmış professor xanımı özünə məsləhətçi gətirdi – Mühüm açıqlamalar verdi

“Sea Breeze” layihəsinin rəhbəri, məşhur iş və sənət adamı Emin Ağalarov kameralar qarşısında çıxış edərək vacib açıqlamalar verib.

KONKRET.az Musavat.com-a istinadla xəbər verir ki, o, artıq ekoloqlardan ibarət xüsusi bir komanda yaradıldığını bildirib.

“Həmin komandanın rəhbərliyinə tanınmış müstəqil ekoloq, professor Firuzə xanımı gətirib: “O mənim məsləhətçimdir və mən onun təqdimatlarını nəzərə alacam”.

Emin Ağalarovun sözlərinə görə, bu komandanın vasitəsilə, eləcə də yerli əhali ilə – yəqin ki, söhbət Nardaran sakinlərindən gedir – birgə məsləhətləşmələr nəticəsində ətraf mühitin vəziyyəti ilə bağlı analizlər və tədqiqatlar aparılacaq. Bununla yanaşı, dünyanın aparıcı ekoloji qurumları ilə də məsləhətləşmələr həyata keçiriləcək.

O vurğulayıb ki, əsas məqsəd “Sea Breeze” şəhərciyini –Abşeronun şimal sahilini bəzəyən bu möhtəşəm layihəni dünyanın ən ekoloji şəhərlərindən birinə çevirməkdir. Emin Ağalarov xüsusi olaraq qeyd edib ki, o, layihənin ekoloji göstəricilərinə ciddi diqqət yetirir və bu məsələyə böyük qayğı ilə yanaşır.

Избранный
19
9
konkret.az

10Источники