Ötən il Azərbaycandan Almatıya gedən turistlərin sayında 24 %-lik artım olub.
"Report"un "Şahdağ" Turizm Mərkəzinə ezam olunmuş müxbiri xəbər verir ki, bunu Qazaxıstanın "Şimbulak" Dağ Kurortunun Baş direktoru Rinat Abdrahmanov Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqının 1-ci sammitində bildirib.
Onun sözlərinə görə, dağ turizmi gəlirli sahələrdən birinə çevrilib: "Keçən il Türkiyədən Almatıya 160 000-dən çox turist gəlib və bu da əvvəlki illə müqayisədə təxminən 7 % artım deməkdir. Azərbaycandan isə 24 % artım var. Bu, insanların türk bölgələri daxilində daha aktiv səyahət etdiyini və bu, ehtiyatlarımızı inkişaf etdirmək üçün böyük potensial olduğunu sübut edir".
O qeyd edib ki, "Şimbulak" Dağ Kurortu təkcə xizək sürmək və istirahət etmək üçün deyil, festival, konsert və mədəniyyət tədbirləri üçün paylaşılan platforma yaradır.