RU

Zaqatalada 2 yaşlı uşaq çayda boğuldu - TƏBİB-dən AÇIQLAMA/FOTO

Bu gün Zaqatalanın Meşleş kəndinə yaxın ərazidə çayın mənbəyi hesab edilən ərazidə azyaşlı qız uşağı boğulub.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə Yuxarı Tala kənd sakini Əfəndi İsmayılov ailəsi ilə çayın dağlara yaxın hissəsində istirahət edərkən baş verib.

Belə ki, 2 yaşlı Səfiyyə valideynlərinin diqqətindən yayınaraq, suya düşüb və gursulu Tala çayın axınında itib.

Baş vermis hadisə ilə bağlı TƏBİB-dən bildirilib ki, saat 17:05 radələrində 2023-cü il təvəllüdlü azyaşlı ( qadın cinsi ) suda boğulma səbəbilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə gətirilib: “Şəxsin xəstəxanaya qədər ölüm faktı qeydə alınıb. Ailə üzvlərinin təkidi ilə azyaşlıya reanimasiya tədbirləri icra edilsə də, ölüm faktı təsdiqlənib”.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma başlanılıb.









Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Избранный
26
2
bizim.media

5Источники