Milli.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Dünyaca məşhur fransız lüks brendi Louis Vuitton Böyük Britaniyadakı müştəri məlumatlarının kiberhücum nəticəsində oğurlandığını açıqlayıb.
Milli.Az xəbər verir ki, LVMH qrupuna məxsus marka hakerlərin İngiltərədəki əməliyyat sistemlərinə icazəsiz daxil olaraq adlar, əlaqə vasitələri və alış-veriş tarixçəsi kimi məlumatları əldə etdiyini bildirib.
Şirkət müştərilərə təsəlli verərək bildirib ki, bank kartı və digər maliyyə məlumatları sızmayıb. Lakin e-poçt vasitəsilə göndərilən xəbərdarlıqda qeyd olunub ki, məlumatların oğurlanması fişinq və fırıldaqçılıq cəhdlərinə yol aça bilər.
Məlumata görə, hücum iyulun 2-də baş verib. Bu, LVMH sistemlərində son üç ayda qeydə alınan üçüncü pozuntu hadisəsidir.
Məsələ ilə bağlı məlumat Britaniyanın Məlumat Komissarlığına da təqdim edilib.
Fidan
Milli.Az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.