Dünyaca məşhur fransız lüks brendi Louis Vuitton Böyük Britaniyadakı müştəri məlumatlarının kiberhücum nəticəsində oğurlandığını açıqlayıb.
KONKRET.az Milli.Az-a istinadən xəbər verir ki, LVMH qrupuna məxsus marka hakerlərin İngiltərədəki əməliyyat sistemlərinə icazəsiz daxil olaraq adlar, əlaqə vasitələri və alış-veriş tarixçəsi kimi məlumatları əldə etdiyini bildirib.
Şirkət müştərilərə təsəlli verərək bildirib ki, bank kartı və digər maliyyə məlumatları sızmayıb. Lakin e-poçt vasitəsilə göndərilən xəbərdarlıqda qeyd olunub ki, məlumatların oğurlanması fişinq və fırıldaqçılıq cəhdlərinə yol aça bilər.
Məlumata görə, hücum iyulun 2-də baş verib. Bu, LVMH sistemlərində son üç ayda qeydə alınan üçüncü pozuntu hadisəsidir.
Məsələ ilə bağlı məlumat Britaniyanın Məlumat Komissarlığına da təqdim edilib.