RU

Tramp Ukraynaya əlavə hərbi yardım ayırır

BAKI, 13 iyul. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp vəzifəyə gəldikdən sonra ilk dəfə olaraq Ukraynaya yeni hərbi yardım göstərməyi düşünür.

Teleqraf xəbər verir ki, bu barədə “CBS News” mənbələrə istinadən xəbər yayıb.

Məlumata görə, Vaşinqton Rusiyaya “siqnal göndərmək” üçün yeni maliyyə ayıra bilər.

Amerika liderinin sərəncamında əvvəlki administrasiyadan qalan 3,85 milyard dollar var. Ağ Ev rəhbəri bu vəsaitdən Amerika hərbi texnikasını Ukraynaya göndərə bilər.

Bundan əlavə, Amerika liderinin dondurulmuş Rusiyanın 5 milyard dollara yaxın aktivlərini müsadirə etmək və ondan Kiyevi dəstəkləmək üçün istifadə etmək imkanı var. “CBS News” qeyd edir ki, nə Tramp, nə də ABŞ-nin keçmiş prezidenti Co Bayden bundan istifadə etməyib.

Избранный
26
11
teleqraf.com

10Источники