RU

Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib

Bakı. Trend:

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) I və IV ixtisas qrupları (ocümlədən III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlərüçün coğrafiya fənni) üzrə qəbul imtahanı keçirib.

DİM-dən Trend-əverilən məlumata görə, imtahanlar Bakı, Xankəndi, Naxçıvan, Gəncə,Şəmkir, Ağstafa, Qazax, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir,Şəki, Zaqatala, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan,Lənkəran, Masallı və Xaçmazda təşkil olunub.

İmtahan keçirilən şəhər və rayonlarda, ümumilikdə 144 imtahanbinası, 2537 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına144 ümumi imtahan rəhbəri, 396 imtahan rəhbəri, 3177 nəzarətçi, 460buraxılış rejimi əməkdaşı, 144 bina nümayəndəsi cəlb olunub.

İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargahfəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarlaəlaqə saxlanılıb və imtahanın gedişi nəzarətdə olub. Bütünbinalarda imtahan təlimata uyğun şəkildə keçirilib, iştirakçılaraöz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şəraityaradılıb.

İlkin məlumatlara əsasən, 6 nəfərdə mobil telefon aşkarlanıb vəonlar imtahandan kənarlaşdırılıblar. Bir daha xatırladırıq ki,qayda pozuntularına yol verən abituriyentlərin müsabiqə nəticələriləğv olunur və həmin şəxslər ali və ya orta ixtisas təhsilimüəssisələrinin müsabiqəsinə buraxılmırlar.

İmtahanda 34229 abituriyentin iştirakı nəzərdə tutulurdu.

İmtahanda 58 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil,serebral iflic, eşitmə əngəlli və digər) abituriyent də iştirakedib. Onların rahat şəkildə imtahan verməsi üçün imtahanbinalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmişşəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətliabituriyentlərin bina və zala daxil olması və hərəkəti üçün dəşərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdudiştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlimkeçirilib.

Bu gün saat 15:00-da DİM-in “Youtube” kanalı vasitəsilə canlıyayım ediləcək və Mərkəzin məsul əməkdaşları, ekspertlər tərəfindənimtahanlarda istifadə olunmuş test tapşırıqları ilə bağlı genişizahat veriləcək, həmçinin qapalı və kodlaşdırıla bilən açıq tiplitapşırıqların düzgün cavabları təqdim olunacaq.

Abituriyentlər onları maraqlandıran sualları “Youtube”dayerləşdiriləcək müvafiq yayımın altına yaza bilərlər.

İyulun 14-dən etibarən DİM-də imtahan protokolları vəmaterialların emalına başlanılacaq.

İmtahanlarda istifadə olunan açıq tipli tapşırıqlarınyoxlanılması vaxt tələb etdiyindən nəticələrin 2 həftədən sonraelan olunması nəzərdə tutulur.

Избранный
12
15
az.trend.az

4Источники