RU

Ukraynadakı döyüşlərdə daha bir həmyerlimiz həlak oldu

Ukraynada gedən döyüşlərdə daha bir Azərbaycan əsilli hərbi qulluqçu həlak olub.

“Qafqazinfo” “Musavat.com”a istinadən xəbər verir ki, 1982-ci il təvəllüdlü Mehdiyeva Əminə Əli qızı iyulun 9-da döyüş tapşırığını yerinə yetirərkən Dnepropetrovsk vilayətinin Sinelnıki rayonunun Novopavlivka qəsəbəsi yaxınlığında ölüb.

Əminə A2167 saylı hərbi hissənin mexanikləşdirilmiş batalyonunda tibb məntəqəsinin sanitar təlimatçısı vəzifəsində xidmət edib.

O, Ukrayna ordusunda yalnız tibb personalı kimi deyil, eyni zamanda döyüşçü kimi ön cəbhədə əsgərlərlə birgə mübarizə aparıb.

Избранный
33
3
qafqazinfo.az

10Источники