RU

Putin hökuməti azərbaycanlı iş adamlarını ard-arda həbs edir - GÖRÜN KİMLƏR NƏDƏN SAXLANILIR/ADLAR

Rusiyada azərbaycanlı iş adamlarına qarşı həbslər dalğası davam edir.

Bu dəfə hadisə Leninqrad vilayətində baş verib. Burada dörd nəfər azərbaycanlı biznesmen saxlanılıb. Onlar yerli polis rəhbərliyinə rüşvət verməkdə və başqa qanunsuz fəaliyyətlərdə ittiham olunurlar.

Rusiya hüquq-mühafizə orqanlarının yaydığı məlumata əsasən, saxlanılan azərbaycanlılar qaçaqmal spirtli içki və tütün məmulatlarının satışı, eləcə də qanunsuz miqrant əməyindən istifadə halları ilə bağlı istintaqa cəlb olunublar.

871431_src.jpeg

 

Onların bu fəaliyyətlərini davam etdirə bilmələri üçün yerli polis idarələrinin rəhbər şəxslərinə mütəmadi olaraq rüşvət verdikləri iddia olunur.

Həbs edilən azərbaycanlıların adları belədir:

• Vüsal Orucov
• İbadət İsmayılov
• Asif Allahverdiyev
• Arastun Talıbov

Məhkəmə istintaq dövründə onların hamısının 9 sentyabra qədər həbsdə saxlanılması barədə qərar çıxarıb. 

871430_src.jpeg

Xüsusilə diqqətçəkən məqam ondan ibarətdir ki, saxlanılanlardan biri — Asif Allahverdiyev məhkəmədə çıxış edərək irəli sürülən ittihamları rədd edib. O deyib:

“Ümumiyyətlə, başa düşmürəm ki, mən buraya necə düşdüm. Vəziyyəti də anlamıram.”

Rusiya istintaq komitəsi isə bildirir ki, bu iş üzrə əməliyyat tədbirləri davam etdirilir, digər şəxslərin də məsuliyyətə cəlb olunması istisna edilmir. 

871432_src.jpeg

Qeyd edək ki, son aylarda Rusiyada müxtəlif regionlarda azərbaycanlı diaspor təşkilatları ilə əlaqəli şəxslərin və iş adamlarının həbsi halları intensivləşib. Bəzi siyasi şərhçilər hesab edirlər ki, Moskva hazırda həm daxildə iqtisadi, həm də etnik balansı nəzarətdə saxlamaq üçün belə sərt tədbirlərə əl atır.

Qeyd: Məlumatın hazırlanmasında Haqqin.az saytının materialından istifadə edilib.

 

Musavat.com

Избранный
44
10
paytaxt.org

10Источники