RU

Qazaxda iki "VAZ toqquşdu: 4 nəfər...

Qazax şəhərinin mərkəzində yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az apa-ya istinadla xəbər verir ki, hərəkətdə olan “VAZ” markalı avtomobillə digər minik maşını toqquşub.

Qəza nəticəsində 4 nəfər – 1979-cu il təvəllüdlü Ə.Nürəddinov, 2005-ci il təvəllüdlü İ.Poladov, 1979-cu il təvəllüdlü F.Əsgərov və 2007-ci il təvəllüdlü X.Cəfərov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

    aralıların vəziyyətlərinin orta ağır olduğu bildirilir.

    Faktla bağlı araşdırma aparılır.

    Избранный
    8
    5
    bakivaxti.az

    6Источники