RU

Qazaxda yol qəzasında 4 nəfər xəsarət alıb - YENİLƏNİB

İyulun 14-də saat 01:30 radələrində yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 4 nəfər (kişi cinsli) Qazax Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Bu barədə APA-ya TƏBİB-dən məlumat verilib.

"Müxtəlif dərəcəli bədən xəsarətləri alan şəxslərin hər birinə ilkin zəruri tibbi xidmət göstərilib. Xəsarət alanlardan 2 nəfərin vəziyyəti qənaətbəxş qiymətləndirilir. Hazırda Təcili tibbi yardım bölməsində müalicələri davam etdirilir. 2 nəfərə isə zəruri tibbi xidmət göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb", məlumatda deyilir.

***

08.11

Qazax şəhərinin mərkəzində yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hərəkətdə olan “VAZ” markalı avtomobillə digər minik maşını toqquşub.

Qəza nəticəsində 4 nəfər – 1979-cu il təvəllüdlü Ə.Nürəddinov, 2005-ci il təvəllüdlü İ.Poladov, 1979-cu il təvəllüdlü F.Əsgərov və 2007-ci il təvəllüdlü X.Cəfərov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Yaralıların vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Избранный
23
5
apa.az

7Источники