Boğaz uru (“zob” xəstəliyi) ilk mərhələdə özünü büruzə vermədiyinə görə xəstə uzun müddət heç bir narahatlıq hiss etmir və həkimə də müraciət etmir. Xəstəlik inkişaf etdikcə qalxanvari vəzi böyüyərək nəzərə çarpır (boğazın ön səthinin yoğunlaşması, şişkinliyi), ətrafda yerləşən orqanlara (nəfəs yolu, qida borusu, damarlar və sinirlərə) təzyiq edir və bu da xəstələrin müəyyən şikayətlərinə səbəb olur. Belə ki, traxeya (nəfəs yolu) və qırtlağın sıxılması zamanı xəstədə tənəffüsün çətinləşməsi, səsin tutğunluğu, davamlı quru öskürək, qəhər hissi, boğulma tutmaları (xüsusən də bədənin vəziyyətini dəyişəndə) qeyd olunur. Qida borusunun sıxılması udmanın çətinlşməsinə, boyun nahiyəsində damarların sıxılması isə əyilmə zamanı başda gərginlik hissi, başgicəllənməsinə gətirib çıxarır. Bu əlamətlər boğaz urunun bütün növləri üçün eynidir.Saglamolun.Az