Bakıda 85 yaşlı kişini avtomobil vuraraq öldürüb.
“Report” xəbər verir ki, 1987-ci il təvəllüdlü Ağayev Anar Vaqif oğlu idarə etdiyi “Chevrolet” markalı avtomaşınla hərəkətdə olan zaman piyada 1940-cı il təvəllüdlü Məhərrəmov Eldar Məmmədəli oğlunu vurub.
Nəticədə piyada xəstəxanaya yerləşdirilsə də, göstərilən tibbi yardımlara baxmayaraq orada ölüb.
Fakta bağlı ilə cinayət işi başlanıb.