RU

Kənd təsərrüfatına yararlı torpaq sahələrinin bir hissəsi ya təyinatı üzrə istifadə olunmur, ya da istifadəsiz qalır – Elçin Mirzəbəyli

Bakı. Trend:

Azərbaycanda ən ciddi və sistemli problemlərdən biri torpaqdantəyinatı üzrə istifadə olunmamasıdır. Qanunvericilikdə müəyyənolunmuş torpaq kateqoriyaları ilə faktiki istifadə arasındafərqlər, torpaqdan kommersiya məqsədi ilə sui-istifadə halları vəxüsusilə kənd təsərrüfatına yararlı torpaqların təyinatı üzrəistifadə olunmaması və ya istifadəsiz qalması reallıqlar sırasındayer almaqdadır. Bu da öz növbəsində iqtisadi itkilərə, bəzən isəhüquqi çəkişmələrə gətirib çıxarır.

Trend xəbərverir ki, bunu Milli Məclisin deputatı Elçin Mirzəbəyli parlamentinbu gün keçirilən iclasında “Daşınmaz əmlakın dövlət reyestrihaqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsininmüzakirəsi zamanı deyib.

Millət vəkili xatırladıb ki, 2023-cü ilin rəsmi məlumatlarınagörə, Azərbaycanda kənd təsərrüfatına yararlı torpaq sahələrininümumi həcmi 4,8 milyon hektara yaxın olsa da, onların bir hissəsiya təyinatı üzrə istifadə olunmur və ya faktiki olaraq istifadəsizqalır:

“Digər tərəfdən, bir çox hallarda hüquqların dövlət qeydiyyatınaalınması üçün təqdim olunan sənədlərlə dövlət torpaq kadastrındasaxlanılan məlumatlar arasında uyğunsuzluq müşahidə olunur. Bu isəmülkiyyət və ya istifadə hüquqlarının rəsmiləşdirilməsində ciddiçətinliklər yaradır, prosesin uzanmasına və nəticədə müxtəlifinstansiyalar arasında ziddiyyətli qərarların meydana çıxmasınasəbəb olur.

Hazırda mövcud qanunvericilik bu kimi hallarda necə davranmaqlazım olduğunu dəqiq göstərmir. Bu isə həm vətəndaşların, həm dəqeydiyyat orqanlarının hüquqi baxımdan qeyri-müəyyən vəziyyətədüşməsinə gətirib çıxarır. Bəzən bu məsələ subyektiv inzibatimülahizəyə əsasən həll olunur, bəzən isə məhkəmə çəkişmələri ilənəticələnir”.

Deputat bildirib ki, yanlışlığı sübuta yetirilən sənədlərə görə,sadəcə qeydiyyatdan imtina yetərli deyil:

“Sənədlərdə yol verilən yanlışlıqların səbəblərininaraşdırılması və yanlışlığın bilərəkdən törədildiyi sübutayetirildiyi halda inzibati məsuliyyətin müəyyənləşməsi dəzəruridir. Əks təqdirdə, bu, məsuliyyətsizlik və cəzasızlıqmühitinin formalaşmasına zəmin yarada bilər.

Bu yanaşma beynəlxalq təcrübəyə də tam uyğundur. Avropaİttifaqında torpaqdan istifadə və təyinat məsələləri “TorpaqSahələrinin İdentifikasiyası Sistemi” (Land Parcel IdentificationSystem) və digər inteqrasiya olunmuş sistemlər vasitəsilə nəzarətdəsaxlanılır. Türkiyədə isə “Toprak Koruma və Arazi Kullanımı”haqqında qanun torpaqdan sui-istifadə istifadə hallarına qarşıinzibati tədbirlərin görülməsini nəzərdə tutur”.

E.Mirzəbəyli qeyd edib ki, nəticə etibarilə, qanun layihəsitorpaqların hüquqi statusuna dair qeyri-müəyyənliklərin aradanqaldırılması, qeydiyyat proseslərinin şəffaflaşdırılması və torpaqresurslarından təyinatı üzrə səmərəli istifadə olunmasına xidmətedir.

“Bu isə iqtisadi baxımdan səmərəliliyin artmasına, hüquqibaxımdan isə mübahisələrin və ziddiyyətli qərarların qarşısınınalınmasına imkan verəcək”, - deyə o fikrini tamamlayıb.

Избранный
438
50
az.trend.az

10Источники