RU

Nazirlik “14 iyul 1969-cu il: Uğurlu inkişaf yolunun təməli” adlı tədbir keçirdi - FOTOLAR

Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının Kənd Təsərrüfatı Nazirliyi üzrə ərazi partiya təşkilatında “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ulu Öndər Heydər Əliyevin Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəlməsinin 56-cı ildönümünə həsr olunmuş “14 iyul 1969-cu il: Uğurlu inkişaf yolunun təməli” adlı tədbir keçirilib.

"Unikal" xəbər verir ki, tədbirdə kənd təsərrüfatı naziri Məcnun Məmmədov, Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Nazirliyin Mərkəzi Aparatı və tabeli qurumlarının məsul şəxsləri və əməkdaşları iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Kənd Təsərrüfatı Nazirliyinin inzibati binasında Ulu Öndərin büstünün önünə gül dəstələri qoyub, əziz xatirəsini ehtiramla anıblar.

Daha sonra “14 iyul 1969-cu il: Uğurlu inkişaf yolunun təməli” mövzusunda  tədbir başlayıb. Tədbirdən öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyev və Vətən uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, 14 iyul 1969-cu ildə Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsi respublikamızın ictimai-siyasi və iqtisadi həyatında yeni bir dövrün başlanğıcı olub. Nazir Məcnun Məmmədov qeyd edib ki, Ulu Öndər Heydər Əliyev XX əsrin 70-80-ci illərində fəaliyyəti, müdrik və uzaqgörən qərarları, tükənməz enerjisi, qətiyyəti ilə Azərbaycanı keçmiş Sovet İttifaqının inkişaf baxımından geridə qalan aqrar respublikasından ən qabaqcıl və müstəqil şəkildə özünü təmin edə bilən bir ölkəsinə çevirib. Nazir Məcnun Məmmədov vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik fəlsəfəsi və idarəçilik prinsipləri bu gün də ölkəmizin davamlı yüksəlişinin ideoloji-siyasi əsasını təşkil edir. Nazir Məcnun Məmmədov əlavə edib ki, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi uzaqgörən siyasət, məqsəd, vəzifə və prinsiplərə əsaslanan sosial-iqtisadi siyasət hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir, ölkəmiz bütün sahələrdə, o cümlədən kənd təsərrüfatında böyük nailiyyətlər əldə edir. 

Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev Ümummilli Lider Heydər Əliyevin Azərbaycan tarixində rolundan, Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərindən bəhs edib, Ulu Öndər Heydər Əliyevin Azərbaycana hakimiyyəti dövründə əldə edilən nailiyyətlərə toxunub. O, Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə bütün sahələrdə olduğu kimi aqrar sahədə də ciddi uğurların əldə edildiyini vurğulayıb. YAP rəsmisi qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu sosial-iqtisadi inkişaf strategiyası hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Tədbirdə Yeni Azərbaycan Partiyasının sıralarına yeni daxil olan şəxslərə partiyanın üzvlük vəsiqələri təqdim edilib, partiyanın və rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup şəxsə Fəxri Fərman verilib. 

Yeni Azərbaycan Partiyasının üzvlüyünə qəbul olunan gənc əməkdaşlar partiyanın ideoloji prinsip və dəyərlərinə sadiq qalacaqlarını, dövlətçiliyin möhkəmləndirilməsi və inkişafı istiqamətində səylərini əsirgəməyəcəklərini vurğulayıblar. 

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının himni səsləndirilib, xatirə fotosu çəkilib. 

Избранный
24
2
unikal.az

1Источники