RU

Mask gizli şəkildə imperiya qurur? – Yeni iddia gündəm oldu

Amerikalı jurnalist Mario Naufal İlon Maskın qurucusu olduğu “xAI” şirkətində gizli süni intellekt sistemi üzərində çalışıldığını iddia edib.

Publika.az xəbər verir ki, Naufal bu barədə “X” platformasında paylaşım edib.

O, “xAI” daxilində kod yazan, görüntü və video yaradan, hətta insan kimi davranan çoxsaylı süni intellekt modullarının birlikdə işlədiyi bir layihə üzərində çalışıldığını bildirib.

Mask isə bu məlumatları dolayısı ilə təsdiqləyib. “xAI-də biz “Grok”-un yüzlərlə xüsusi kodlaşdırma və şəkil-video modullarının virtual aləmlərdə hər şeyi mükəmməlləşdirmək üçün birlikdə işlədiyi çoxmodullu “AI” proqram təminatı şirkəti qururuq. Yeni şirkətimizin adını təxmin edə bilərsinizmi?”, - o “X” hesabında yazıb.

Bu açıqlama, layihənin artıq inkişaf mərhələsində olduğunu göstərib.

Избранный
44
publika.az

1Источники