Bakı. Trend:
Bazar ertəsi İspaniyanın Pamplona şəhərində keçirilən ənənəviSan Fermin festivalının son öküz qaçışından azı 4 nəfəryaralanıb.
Trend xəbər verirki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, iri qabaritləri və böyük buynuzları ilə seçilənMiura cinsindən olan 6 öküz şəhərin qədim hissəsinin küçəsi ilə 846metr irəliləyib. Qaçış 2 dəqiqə 16 saniyə ərzində tamamlanıb ki, buda cari ilin rekord göstəricisi hesab olunub.
Festivalda yaralananlardan ikisi Navarra universitetxəstəxanasına təxliyə olunub.