RU

İstilik təchizatı haqqında Qanun təsdiqləndi

Bakı. Trend:

Prezident İlham Əliyev İstilik təchizatı haqqında Qanunutəsdiqləyib.

Trend xəbərverir ki, sənədə əsasən, bu Qanun Azərbaycan RespublikasıKonstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndinə uyğunolaraq, istilik enerjisinin istehsalı, paylanması (o cümlədənötürülməsi), satışı və istehlakı ilə bağlı istilik təchizatısubyektləri, istehlakçılar və istilik təchizatı sektorundafəaliyyət göstərən dövlət orqanları (qurumları) arasında yarananmünasibətləri tənzimləyir, istilik təchizatının hüquqi, iqtisadi vətəşkilati əsaslarını müəyyən edir.

1-ci fəsil

ÜMUMI MÜDDƏALAR

Maddə 1. Əsas anlayışlar

1.1. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakımənaları ifadə edir:

1.1.1. fərdi istilik sistemi – istehlakçı tərəfindən tikintiobyektinin fərdi şəkildə istilik təchizatının həyata keçirilməsiüçün quraşdırılan və istismar edilən qurğuların məcmusu;

1.1.2. istilik daşıyıcısı – istilik təchizatı sistemində istilikvə isti su təchizatı məqsədilə istehsal edilən istilik enerjisininötürülməsi üçün istifadə olunan maddə (su, buxar);

1.1.3. istilik enerjisi – istilik daşıyıcılarının termodinamikparametrlərini (temperatur, təzyiq, sıxlıq) dəyişdirə bilən enerjiresursu;

1.1.4. istilik enerjisinin istehlakçısı (bundan sonra –istehlakçı) – öz ehtiyacları üçün istilik enerjisini satın alanməişət və ya qeyri-məişət istehlakçısı;

1.1.5. istilik enerjisinin istehsalçısı (bundan sonra –istehsalçı) – istilik enerjisinin istehsalı ilə məşğul olan hüquqivə ya fiziki şəxs;

1.1.6. istilik enerjisinin istehsalı – kimyəvi enerjinin(yanacaq), elektrik və ya digər enerji növlərinin istilikenerjisinə çevrilməsi prosesi;

1.1.7. istilik enerjisinin paylanması – ötürülməsi də daxilolmaqla istilik enerjisinin şəbəkə vasitəsilə istehlakçılaraçatdırılması;

1.1.8. istilik enerjisinin paylayıcısı (bundan sonra –paylayıcı) – şəbəkə ilə istilik enerjisinin paylanmasını (ocümlədən ötürülməsini) həyata keçirən hüquqi şəxs;

1.1.9. istilik enerjisinin satıcısı (bundan sonra – satıcı) –istilik enerjisinin pərakəndə satışını həyata keçirən hüquqi və yafiziki şəxs;

1.1.10. istilik enerjisinin satışı – istilik enerjisininalqı-satqı müqaviləsi əsasında satışı;

1.1.11. istilik qurğusu – istilik enerjisinin istehsalı,paylanması (o cümlədən ötürülməsi) üçün istifadə edilənqurğular;

1.1.12. istilik təchizatı – istilik enerjisinin istehsalı,paylanması (o cümlədən ötürülməsi) və satışı fəaliyyətləri;

1.1.13. istilik təchizatı obyektləri – istilik enerjisininistehsalı, paylanması (o cümlədən ötürülməsi) prosesində istifadəolunan istilik mənbələri, şəbəkələr, bina və qurğular;

1.1.14. istilik təchizatı sistemi – istilik mənbələri, şəbəkələrvə istilik istehlakı qurğuları kompleksi;

1.1.15. istilik təchizatı subyektləri – bu Qanunun 9.1-cimaddəsində nəzərdə tutulan fəaliyyət növləri ilə məşğul olan fizikivə ya hüquqi şəxslər, o cümlədən təbii inhisar subyektləri;

1.1.16. kommersiya uçotu – istiliyin və isti suyun satışımüqavilələri üzrə tərəflər arasında qarşılıqlı hesablaşmalarınaparılması məqsədilə istiliyin və isti suyun ölçülməsi və ölçmənəticələrinin, habelə hesablama yolu ilə əldə edilən istiliyintermodinamik parametrləri və isti suyun həcmi haqqında məlumatlarıntoplanması, saxlanması, emalı və ötürülməsi prosesi;

1.1.17. kommersiya uçotu qaydaları – istilik təchizatısubyektlərinin və istehlakçıların kommersiya uçotunun təşkili vətəmin edilməsi ilə bağlı hüquqlarını və vəzifələrini müəyyən edənqaydalar;

1.1.18. qeyri-məişət istehlakçısı – bu Qanunun 1.1.19-cumaddəsində nəzərdə tutulan istehlakçılar istisna olmaqla digəristehlakçı;

1.1.19. məişət istehlakçısı – yaşayış evlərində və mənzillərdə,o cümlədən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 91-cimaddəsində nəzərdə tutulan xüsusi təyinatlı mənzil fondunun yaşayışsahələrində, həmçinin bağlarda məişət ehtiyacları üçün istilikenerjisindən istifadə edən fiziki şəxs;

1.1.20. mərkəzləşdirilmiş istilik sistemi – bir və ya bir neçəistilik mənbəyindən, şəbəkələrdən (xarici istilik kəmərlərinindiametrindən, sayından və uzunluğundan asılı olmayaraq) vəistehlakçılardan ibarət olan sistem;

1.1.21. şəbəkə – istilik enerjisinin paylanması (o cümlədənötürülməsi) üçün nəzərdə tutulan istilik boru və qurğularıkompleksi;

1.1.22. texniki şərtlər – istilik enerjisi ilə təchiz edilməsinəzərdə tutulan tikinti obyektində istilik istehlakı qurğularınınquraşdırılması, onların istilik şəbəkəsinə qoşulması və ya əlavəenerji (güc) alınmasına dair layihə sənədlərinin hazırlanmasınaəsas verən istilik və isti su təchizatı ilə bağlı mühəndis-texnikiparametrləri özündə əks etdirən texniki sənəd;

1.1.23. tənzimləyici – istilik təchizatı sektorunda dövləttənzimlənməsini, nəzarətini həyata keçirən və statusu qanunlamüəyyən edilən qurum.

1.2. Bu Qanunda istifadə olunan digər anlayışlar AzərbaycanRespublikasının digər normativ hüquqi aktları ilə müəyyən edilmişmənaları ifadə edir.

Maddə 2. İstilik təchizatı haqqında qanunvericilik

2.1. İstilik təchizatı haqqında Azərbaycan Respublikasınınqanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından,Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalqmüqavilələrdən, bu Qanundan, “Energetika haqqında” AzərbaycanRespublikasının Qanunundan və Azərbaycan Respublikasının istiliktəchizatı sektorunu tənzimləyən digər normativ hüquqi aktlardanibarətdir.

2.2. Ələt Azad İqtisadi Zonasında istilik təchizatı ilə bağlımünasibətlər “Ələt azad iqtisadi zonası haqqında” AzərbaycanRespublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.

Maddə 3. Bu Qanunun tətbiq dairəsi

3.1. Bu Qanun istilik və isti su təchizatı məqsədilə istilikenerjisinin istehsalı, paylanması və satışı funksiyasını həyatakeçirən istilik təchizatı subyektlərinə, istehlakçılara, dövlətorqanlarına (qurumlarına), o cümlədən tənzimləyiciyə şamilolunur.

3.2. Bu Qanun istehlakçının (layihələndirmə zamanı fərdi istiliksistemlərinin quraşdırılması nəzərdə tutulan çoxmənzilli yaşayışbinalarının mənzillərində, yaşayış evlərində, qeyri-yaşayıştəyinatlı tikinti obyektlərində) istilik enerjisinə tələbatınqarşılanması üçün fərdi istilik sistemlərinin quraşdırılması vəonun istismarı ilə əlaqədar münasibətlərə şamil edilmir.

2-ci fəsil

İSTİLİK TƏCHİZATI SEKTORUNDA DÖVLƏT SİYASƏTİ VƏ DÖVLƏTTƏNZİMLƏNMƏSİ

Maddə 4. İstilik təchizatı sektorunda dövlət siyasətinin əsasprinsipləri, dövlət tənzimləməsinin məqsədləri və dövlətinvəzifələri

4.1. İstilik təchizatı sektorunda dövlət siyasətinin əsasprinsipləri aşağıdakılardır:

4.1.1. istilik təchizatının etibarlılığı və təhlükəsizliyi;

4.1.2. idarəetmə və tənzimləmənin effektivliyi vəşəffaflığı;

4.1.3. istilik təchizatı subyektlərinin şəbəkədən, o cümlədəntəbii inhisar subyektinə məxsus şəbəkədən bərabər və ayrı-seçkiliyəyol verilmədən istifadə imkanının yaradılması;

4.1.4. qabaqcıl texnologiyalar və mütərəqqi təcrübə əsasındadayanıqlı inkişafın təmin edilməsi.

4.2. İstilik təchizatı sektorunda dövlət tənzimləməsinin əsasməqsədləri aşağıdakılardır:

4.2.1. enerji təhlükəsizliyinin təmin edilməsi;

4.2.2. istilik təchizatı subyektlərinin və istehlakçılarınmaraqları arasında balansın təmin olunması;

4.2.3. istehlakçıların etibarlı, keyfiyyətli, əlçatan vəfasiləsiz istilik təchizatının təmin edilməsi.

4.3. İstilik təchizatı sektorunda dövlətin vəzifələriaşağıdakılardır:

4.3.1. özəl investisiyaların və davamlı iqtisadi inkişafındəstəklənməsi;

4.3.2. əlverişli investisiya mühitinin yaradılması;

4.3.3. rəqabət mühitinin formalaşdırılması, inhisarçılıqfəaliyyətinin qarşısının alınması, məhdudlaşdırılması və aradanqaldırılması;

4.3.4. istilik təchizatı subyektlərinin effektiv və təhlükəsizfəaliyyətinin təmin edilməsi;

4.3.5. istehlakçıların hüquqlarının müdafiəsi;

4.3.6. istilik təchizatı sektorunda təbii inhisar sahəsindəfəaliyyətin tənzimlənməsi;

4.3.7. istilik enerjisinin istehsalında bərpa olunan enerjimənbələrindən istifadənin stimullaşdırılması və inkişafetdirilməsi;

4.3.8. enerji resurslarından səmərəli istifadənin təşviqedilməsi;

4.3.9. ətraf mühitin mühafizəsi sahəsində tədbirlərin həyatakeçirilməsinin təmin edilməsi;

4.3.10. dövlət nəzarətinin həyata keçirilməsi;

4.3.11. istilik təchizatı subyektlərinin effektiv fəaliyyətinin,həmçinin istilik təchizatı sektorunda keyfiyyətli xidmətgöstərilməsinin təmin edilməsi.

Maddə 5. İstilik təchizatı sektorunda tənzimləyicininsəlahiyyətləri

5.1. İstilik təchizatı sektorunda tənzimləyici aşağıdakılarıhəyata keçirir:

5.1.1. tənzimlənən qiymətləri (tarifləri) müəyyən edir;

5.1.2. istilik təchizatı subyektləri və istehlakçılar tərəfindənistilik təchizatı sektorunu tənzimləyən normativ hüquqi aktların vənormativ xarakterli aktların tələblərinə riayət edilməsinə nəzarətedir;

5.1.3. istilik təchizatı subyektləri üçün ödənilməsi məcburiolan, bu Qanunun 8-ci maddəsində nəzərdə tutulan tənzimləməhaqqının məbləğini hesablayır və həmin subyektlərə bildirir;

5.1.4. istilik təchizatı subyektləri arasında yarananmübahisələrə baxır;

5.1.5. istehlakçıların şikayətlərinə baxır;

5.1.6. şəbəkədə istilik enerjisi itkilərinin hesabat dövrü üçünnormativ göstəricilərini müəyyənləşdirir;

5.1.7. istilik enerjisinin keyfiyyətinə dair texniki tələblərə(fərdi istilik sistemləri istisna olmaqla) riayət olunmasınanəzarət edir;

5.1.8. istilik qurğularının, o cümlədən şəbəkənin payız-qışmövsümünə hazırlığının təmin edilməsinə nəzarət edir;

5.1.9. istilik təchizatı sektorunda təbii inhisar subyektlərininhər il üzrə gəlir və xərclər smetalarının razılaşdırılmasında vəonların icrasına nəzarətin həyata keçirilməsində iştirak edir;

5.1.10. istilik təchizatı sektorunda bu Qanunun 5.4.1-cimaddəsində nəzərdə tutulan qaydaya uyğun olaraq, istilik təchizatısektorunun monitorinqini (o cümlədən, kameral monitorinqini) həyatakeçirir.

5.2. Tənzimləyici tərəfindən istilik təchizatı sektorunutənzimləyən Azərbaycan Respublikasının qanunları ilə və onlarauyğun qəbul olunmuş digər normativ hüquqi aktlarla müəyyən edilmişsahibkarlıq fəaliyyətinə dair məcburi tələblərə riayət edilməsininqiymətləndirilməsi məqsədilə sahibkarlıq subyektlərinin fəaliyyətgöstərdiyi yerlərə gəlməklə yoxlamalar “Sahibkarlıq sahəsindəaparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarınınmüdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinəzərə alınmaqla həyata keçirilir.

5.3. İstilik təchizatı sektorunda dövlət nəzarəti həyatakeçirilərkən istilik təchizatı sektorunu tənzimləyən normativhüquqi aktların və normativ xarakterli aktların tələblərininpozulması aşkar edildikdə, onların aradan qaldırılması ilə bağlıtənzimləyici tərəfindən yazılı göstərişlər verilir. Beləgöstərişlərin icrası barəsində göstəriş verilmiş istilik təchizatısubyektləri və istehlakçılar üçün məcburidir.

5.4. İstilik təchizatı sektorunda tənzimləyici aşağıdakıqaydaları təsdiq edir və rəsmi internet saytında dərc edir:

5.4.1. monitorinq qaydalarını;

5.4.2. kommersiya uçotu qaydalarını;

5.4.3. şəbəkədə istilik enerjisi itkilərinin hesabat dövrü üçünnormativ göstəricilərinin müəyyənləşdirilməsi qaydalarını;

5.4.4. istilik təchizatı sektorunda tənzimlənən qiymətlərin(tariflərin) müəyyən olunması qaydalarını.

5.5. Tənzimləyici istilik təchizatı subyektlərinin uçotunuaparır. Uçotun aparılması qaydasını tənzimləyici müəyyən edir.

Maddə 6. İstilik təchizatı sektorunda dövlət və yerliözünüidarəetmə orqanlarının vəzifələri

6.1. İstilik təchizatı sahəsində müvafiq icra hakimiyyətiorqanının müəyyən etdiyi orqan (qurum):

6.1.1. balansında olan istilik təchizatı obyektlərininsaxlanılması, istismarı, cari və əsaslı təmiri ilə bağlı tədbirlərgörür;

6.1.2. tikinti obyektlərində istilik enerjisindən səmərəliistifadə və istilik enerjisi itkilərinə yol verilməməsi üçüntədbirlər görür;

6.1.3. dövlət mənzil fondu binalarında və sosial-mədənitəyinatlı obyektlərdə payız-qış mövsümünə hazırlıq işlərininaparılmasını təmin edir.

6.2. İstilik təchizatı sahəsində yerli özünüidarəetməorqanları:

6.2.1. balanslarında olan istilik təchizatı obyektlərininsaxlanılması, inkişafı, istismarı, cari və əsaslı təmiri ilə bağlıtədbirlər görür;

6.2.2. tikinti obyektlərində istilik enerjisindən səmərəliistifadə və istilik itkilərinə yol verilməməsi üçün tədbirlərgörür;

6.2.3. bələdiyyə mənzil fondu binalarında payız-qış mövsümünəhazırlıq işlərinin aparılmasını təmin edir.

Maddə 7. İstilik təchizatı sektorunda qiymətlər (tariflər)

7.1. İstilik təchizatı sektorunda qiymətlər (tariflər) istiliktəchizatı subyektlərinin əsaslandırılmış xərclərini tam ödəməklə,həmin sektorun inkişafını təmin etməli və sosial-iqtisadi inkişafıstimullaşdırmalıdır.

7.2. İstilik təchizatı sektorunda qiymətləri (tarifləri) dövləttərəfindən tənzimlənən məhsulların qiymətləri “Tənzimlənənqiymətlər haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunolaraq tənzimlənir.

7.3. Təbii inhisar subyektlərinin təqdim etdiyi məhsullaristisna olmaqla istilik təchizatı sektorunda təqdim olunanqiymətləri (tarifləri) tənzimlənməyən məhsulların qiymətləri(tarifləri) tərəflər arasında bağlanılan müqavilələrlə müəyyənedilir.

7.4. Təbii inhisar subyektləri tərəfindən təqdim edilənqiymətləri (tarifləri) tənzimlənməyən məhsulların qiymətləri(tarifləri) Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin 39.6-cımaddəsinin tələbləri nəzərə alınmaqla təbii inhisar subyektinin özütərəfindən müəyyən olunur.

7.5. Tənzimləyici bu Qanunun 7.3-cü maddəsinə əsasən müəyyənedilən qiymətləri monitorinq edir.

7.6. İstilik təchizatı sektorunda qiymətlərin (tariflərin)müəyyən olunması zamanı nəzərə alınmalı olan itkilər bu Qanunun5.4.3-cü maddəsində nəzərdə tutulan qaydaya uyğun olaraqhesablanır.

Maddə 8. Tənzimləyiciyə ödənilən tənzimləmə haqqı

İstilik enerjisinin istehsalçıları, paylayıcıları və satıcılarıtərəfindən tənzimləyiciyə tənzimləmə haqqı ödənilir.

3-cü fəsil

İSTİLİK TƏCHİZATI SEKTORUNDA FƏALİYYƏT NÖVLƏRİ, İSTİLİKTƏCHİZATI SUBYEKTLƏRİNİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ

Maddə 9. İstilik təchizatı sektorunda fəaliyyət

9.1. İstilik təchizatı sektorunda aşağıdakı fəaliyyət növlərivardır:

9.1.1. istilik enerjisinin istehsalı;

9.1.2. istilik enerjisinin paylanması (o cümlədənötürülməsi);

9.1.3. istilik enerjisinin satışı.

9.2. İstilik təchizatı subyektlərinin bu Qanunun 9.1-cimaddəsində göstərilən bir və ya bir neçə fəaliyyətlə məşğulolmasına hər hansı məhdudiyyət tətbiq edilmir.

Maddə 10. İstilik enerjisi istehsalçısının vəzifələri vəhüquqları

10.1. İstehsalçının aşağıdakı vəzifələri vardır:

10.1.1. istilik enerjisi istehsalını “Ətraf mühitin mühafizəsihaqqında” və “Texniki təhlükəsizlik haqqında” AzərbaycanRespublikasının qanunları ilə müəyyən edilən ətraf mühitinmühafizəsi və təhlükəsizlik tələblərinə, müvafiq icra hakimiyyətiorqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilənistilik enerjisindən istifadə qaydaları ilə müəyyən edilənkeyfiyyət göstəricilərinə uyğun həyata keçirmək;

10.1.2. istilik təchizatı sektorunu tənzimləyən normativ hüquqiaktların və normativ xarakterli aktların tələblərinə, bu Qanunun5.3-cü maddəsinə uyğun olaraq verilən yazılı göstərişlərə vəistilik təchizatı sektorunda bağladığı müqavilələrin şərtlərinəəməl etmək;

10.1.3. bu Qanunun 10.1.1-ci maddəsində nəzərdə tutulanqaydalarla müəyyən edilən hesabat və məlumatları həmin qaydalarauyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyiorqana (quruma) və tənzimləyiciyə təqdim etmək;

10.1.4. balansında olan istilik qurğularının etibarlı vəfasiləsiz işini təmin etmək;

10.1.5. “Enerji resurslarından səmərəli istifadə və enerjieffektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 13.3-cümaddəsi ilə müəyyən edilən enerji resurslarından səmərəliistifadəyə dair öhdəliklərə riayət etmək.

10.2. İstehsalçı aşağıdakı hüquqlara malikdir:

10.2.1. istehsal etdiyi istilik enerjisini müqavilə əsasındasatmaq;

10.2.2. istilik istehlakı qurğularının, şəbəkələrin vəistehlakçıların fəaliyyətində istilik təchizatının texnolojiproseslərində fasilələrə səbəb olan pozuntular olduqda pozuntuyayol vermiş subyektdən dəymiş ziyanın ödənilməsini tələb etmək.

10.3. İstehsalçının istilik təchizatı sektorunda digər fəaliyyətnövlərinə bu Qanunun həmin fəaliyyətə aid müvafiq maddələri şamilolunur.

Maddə 11. İstilik enerjisi paylayıcısının vəzifələri vəhüquqları

11.1. Paylayıcının vəzifələri aşağıdakılardır:

11.1.1. şəbəkənin idarə edilməsini, gücləndirilməsini vəgenişləndirilməsini, ona texniki xidmətin göstərilməsini, habeləhəmin şəbəkə vasitəsilə istilik enerjisinin paylanmasını təminetmək:

11.1.2. istilik təchizatı sektorunu tənzimləyən normativ hüquqiaktların, normativ xarakterli aktların, habelə bu Qanunun 5.3-cümaddəsinə uyğun olaraq verilən yazılı göstərişlərə və istiliktəchizatı sektorunda bağladığı müqavilələrin şərtlərinə əməletmək;

11.1.3. istilik təchizatı subyektlərinin, habelə istehlakçılarıntikinti obyektlərinin ayrı-seçkiliyə yol verilmədən şəbəkəyəqoşulmasını təmin etmək;

11.1.4. şəbəkə vasitəsilə istilik enerjisinin paylanmasınıhəyata keçirmək;

11.1.5. şəbəkədə uzunmüddətli tələbatın saxlanılması məqsədiləhəmin şəbəkəyə texniki qulluğu, o cümlədən onun təmirini vəinkişafını təmin etmək;

11.1.6. şəbəkədə baş verən qəzaların aradan qaldırılmasını təminetmək;

11.1.7. bu Qanunun 10.1.1-ci maddəsində nəzərdə tutulanqaydalarla müəyyən edilən hesabat və məlumatları həmin qaydalarauyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyiorqana (quruma) və tənzimləyiciyə təqdim etmək;

11.1.8. bu Qanunun 15.1-ci maddəsi ilə müəyyən edilən hallardaistilik təchizatının dayandırılacağı barədə istehlakçıya 3 (üç) günəvvəl yazılı xəbərdarlıq göndərmək;

11.1.9. istehlakçının şəbəkəyə qoşulmuş tikinti obyektindəquraşdırılmış sayğacı (ağıllı sayğaclar istisna olmaqla) hər ayoxumaq və bu barədə istehlakçıya bildiriş, habelə bu Qanunun13.4-cü maddəsinə uyğun olaraq satıcı ilə bağlanılmış müqavilədənəzərdə tutulduğu halda satıcının adından istehlak edilmiş istilikenerjisinin dəyəri barədə hesab təqdim etmək;

11.1.10. istehlakçının şəbəkəyə qoşulmuş tikinti obyektindəquraşdırılmış sayğacın işlək vəziyyətdə olduğunu müəyyən etməkməqsədilə 3 (üç) ayda 1 (bir) dəfə həmin sayğaca və onun qoşulmasxeminə baxış keçirmək (sahibkarlıq subyektlərinə münasibətdə buQanunun 13.5-ci maddəsinin tələblərinə uyğun olaraq);

11.1.11. istilik qurğularını onların texniki pasportlarındagöstərilmiş tələblərə uyğun istismar etmək.

11.2. Paylayıcının hüquqları aşağıdakılardır:

11.2.1. bu Qanunun 15.1-ci maddəsi ilə müəyyən edilən hallardaistilik təchizatını dayandırmaq;

11.2.2. şəbəkəyə qoşulması nəzərdə tutulan tikinti obyektininyerləşdiyi ərazidə şəbəkə və ya mövcud şəbəkədə tələb olunan həcmdəsərbəst istilik gücü olmadıqda (təsdiqedici sənəd vəəsaslandırmalar təqdim edilməklə) tikinti obyektinin şəbəkəyəqoşulmasından imtina etmək.

11.3. Paylayıcının istilik təchizatı sektorunda digər fəaliyyətnövlərinə bu Qanunun həmin fəaliyyətə aid müvafiq maddələri şamilolunur.

Maddə 12. İstilik enerjisi satıcısının vəzifələri vəhüquqları

12.1. Satıcının vəzifələri aşağıdakılardır:

12.1.1. istilik təchizatı sektorunu tənzimləyən normativ hüquqiaktların, normativ xarakterli aktların, bu Qanunun 5.3-cü maddəsinəuyğun olaraq verilən yazılı göstərişlərə və istilik təchizatısektorunda bağladığı müqavilələrin şərtlərinə əməl etmək;

12.1.2. alqı-satqı müqaviləsinin şərtlərini rəsmi internetsaytında dərc etmək;

12.1.3. istehlakçılara hüquq və vəzifələrini izah etmək;

12.1.4. bu Qanunun 13.4-cü maddəsinə uyğun olaraq paylayıcı iləbağlanılmış müqavilədə nəzərdə tutulmadığı halda hər ayistehlakçıya istehlak edilmiş istilik enerjisinin dəyəri barədəhesab təqdim etmək;

12.1.5. istehlakçı ilə bağlanılmış alqı-satqı müqaviləsininşərtlərinə uyğun olaraq satdığı istilik enerjisini tələb olunanhəcmdə və keyfiyyətdə verilməməsi nəticəsində istehlakçıya vurulmuşziyanı ödəmək;

12.1.6. xidmət göstərdiyi istehlakçının tikinti obyektininqoşulduğu şəbəkədən asılı olaraq paylayıcı ilə müvafiq müqaviləbağlamaq.

12.2. Satıcının hüquqları aşağıdakılardır:

12.2.1. paylayıcıdan bu sahədə xidmətlərinin göstərilməsinitələb etmək;

12.2.2. istehlakçıya təqdim edilmiş hesaba uyğun olaraq ondanşəbəkə vasitəsilə sayğacın göstəricilərinə uyğun olaraq qəbuledilmiş istilik enerjisinin dəyərinin ödənilməsini tələb etmək;

12.2.3. istehlakçının paylayıcı tərəfindən istilik enerjisi ilətəmin edilməməsi nəticəsində vurulmuş ziyanın ödənilməsini tələbetmək.

12.3. Satıcının istilik təchizatı sektorunda digər fəaliyyətnövlərinə bu Qanunun həmin fəaliyyətə aid müvafiq maddələri şamilolunur.

Maddə 13. İstilik enerjisinin istehlakı

13.1. İstehlakçının vəzifələri aşağıdakılardır:

13.1.1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan(qurum) tərəfindən müəyyən edilən istilik qurğularınınquraşdırılması qaydalarına, istilik qurğularının istismarındatəhlükəsizlik texnikası qaydalarına və istilik qurğularının texnikiistismar qaydalarına, habelə bu Qanunun 5.3-cü maddəsinə uyğunolaraq verilən yazılı göstərişlərə əməl etmək;

13.1.2. istilik enerjisinin alqı-satqı müqaviləsi ilə müəyyənedilmiş öhdəliklərə əməl etmək;

13.1.3. paylayıcının səlahiyyətli nümayəndələrinin bu Qanunun11.1.10-cu maddəsinə uyğun olaraq sayğacın işlək vəziyyətdəolduğunu müəyyən etmək, habelə bu Qanunun 11.1.9-cu maddəsinə uyğunolaraq sayğacın oxunması məqsədilə tikinti obyektlərinin daxilindəquraşdırılmış sayğaca baxış keçirmək üçün sayğac quraşdırılmış yerəmaneəsiz daxil olmalarını təmin etmək;

13.1.4. istilik təchizatı sektorunu tənzimləyən normativ hüquqiaktların və normativ xarakterli aktların tələblərinə riayətetmək.

13.2. İstilik enerjisi istehlakçısının hüquqlarıaşağıdakılardır:

13.2.1. bu Qanunun tələblərinə uyğun olaraq tikintiobyektlərinin şəbəkəyə qoşulmasını tələb etmək;

13.2.2. istilik enerjisinin alqı-satqı müqaviləsində nəzərdətutulmuş keyfiyyət göstəricilərinə uyğun etibarlı və fasiləsizistilik enerjisi ilə təmin olunmaq;

13.2.3. istilik enerjisinin alqı-satqı müqaviləsinin şərtlərinəuyğun olaraq istilik enerjisinin razılaşdırılmış həcmdə verilməməsivə ya aşağı keyfiyyətdə verilməsi nəticəsində vurulmuş ziyanınsatıcı tərəfindən ödənilməsini tələb etmək.

13.3. Paylayıcının səlahiyyətli nümayəndələrinin istilikenerjisinin istehlakçısı olan sahibkarlıq subyektlərinin fəaliyyətgöstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinəyetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsindəaparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarınınmüdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinəzərə alınmaqla həyata keçirilir.

13.4. Satıcı ilə istilik enerjisinin alqı-satqı müqaviləsibağlayan istehlakçının istilik enerjisi ilə təchizatı həmin satıcıilə paylayıcı arasında bağlanılmış müqavilə əsasında həyatakeçirilir.

13.5. Paylayıcının səlahiyyətli nümayəndələri istilikenerjisinin istehlakçısı olan sahibkarlıq subyektlərininşəbəkəsində quraşdırılmış sayğacın oxunması zamanı həmin sayğacamüdaxilə, habelə sayğacdan kənar olaraq şəbəkəyə qanunsuz(paylayıcının razılığı olmadan) qoşulma hallarını müəyyən etdikdə,“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi vəsahibkarların maraqlarının müdafiəsi haqqında” AzərbaycanRespublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlamakeçirilməsi ilə bağlı tədbirlər görməlidirlər.

13.6. Qanunsuz qoşulma halları aşkar edildikdə, paylayıcıqanunsuz qoşulma xəttini dərhal şəbəkədən ayırmaqla istiliktəchizatını dayandırmalıdır.

13.7. Şəbəkədə quraşdırılmış sayğaca müdaxilə, habelə qanunsuzqoşulma halları aşkar edildikdə paylayıcı:

13.7.1. bu barədə akt tərtib edir və həmin aktın bir nüsxəsinibarəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətlinümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindənbirinə) təqdim edir;

13.7.2. bu Qanunun 13.7.1-ci maddəsində nəzərdə tutulmuş aktdainzibati xəta əlaməti olan əməl qeyd olunmuşdursa, bir nüsxəsiniinzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinəbaxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyiorqana (quruma) və tənzimləyiciyə göndərir;

13.7.3. bu Qanunun 13.7.1-ci maddəsində nəzərdə tutulmuş aktdacinayət tərkibinin əlamətləri olan əməl qeyd olunmuşdursa, birnüsxəsini cinayət təqibi orqanına təqdim etməlidir.

13.8. İstilik enerjisinin talanmasında istehlakçının təqsirliolması həmin orqanların (qurumların) və ya məhkəmənin qərarı iləmüəyyən edildikdə paylayıcı vurulmuş zərərin ödənilməsini zərərvuran şəxsdən tələb etməlidir.

13.9. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsindəpaylayıcıya vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər buQanunun 10.1.1-ci maddəsində nəzərdə tutulmuş qaydalarlatənzimlənir.

Maddə 14. Şəbəkəyə qoşulma

14.1. Tikinti obyektlərinin şəbəkəyə qoşulması şəffaf vəayrı-seçkiliyə yol verilmədən həyata keçirilir.

14.2. Tikinti obyektlərinin şəbəkəyə qoşulması və ya əlavə gücalması texniki şərtlər əsasında həyata keçirilir.

14.3. Tikinti obyektlərinin şəbəkəyə qoşulması və ya əlavə gücalması üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması vəverilməsi, habelə onların şəbəkəyə qoşulması bu Qanunun 10.1.1-cimaddəsində nəzərdə tutulmuş qaydalarla tənzimlənir.

14.4. Azərbaycan Respublikasının Şəhərsalma və TikintiMəcəlləsinə əsasən tikintisinə icazə tələb olunan, lakin belə icazəalınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsindəməlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərininbaşlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuşəsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikintiobyektlərinin şəbəkəyə qoşulması qadağandır.

14.5. Bu Qanunun 14.6-cı maddəsində nəzərdə tutulan hallaristisna olmaqla bu Qanun qüvvəyə mindikdən sonra tikilənçoxmənzilli yaşayış binaları layihələrində binaya aid olan bütünmənzillərin vahid bir istilik mənbəyindən və ya bir neçə binanıəhatə edən vahid şəbəkə vasitəsilə istilik enerjisi ilə təchizedilməsi nəzərdə tutulmalıdır.

14.6. Çoxmənzilli yaşayış binaları layihələndirilərkənlayihələrdə hər bir mənzil üzrə fərdi istilik sistemlərininquraşdırılmasının nəzərdə tutulmasına yalnız müvafiq icrahakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindənmüəyyən edilən hallarda yol verilir.

14.7. Bu Qanunun 14.6-cı maddəsində nəzərdə tutulan hallarınmövcudluğuna hər bir bina üzrə Azərbaycan RespublikasınınŞəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikinti layihələrininekspertizadan keçirilməsi zamanı baxılır.

14.8. Çoxmənzilli yaşayış binalarının şəbəkəyə qoşulması (buQanun qüvvəyə minənədək tikilmiş yaşayış binalarına münasibətdə) vəya həmin şəbəkədən ayrılması yalnız binanın mənzil mülkiyyətçiləri(bina mənzil mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edildikdə)və ya onları təmsil edən mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti,ixtisaslaşmış istehlak kooperativi, idarəedici təşkilatınpaylayıcıya yazılı müraciəti əsasında həyata keçirilir.

14.9. Bu Qanun qüvvəyə mindikdən sonra şəbəkəyə qoşulan vəşəbəkə vasitəsilə istilik təchizatı təmin edilən çoxmənzilliyaşayış binalarında ayrı-ayrı mənzillər üzrə təbii qaz iləqidalanan fərdi istilik sistemlərinin quraşdırılmasına vəistismarına yol verilmir.

Maddə 15. İstilik təchizatının dayandırılması

15.1. Paylayıcı tərəfindən istilik təchizatı aşağıdakı hallardadayandırılır:

15.1.1. istehlakçının yazılı müraciəti əsasında (istiliktəchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə)olduqda;

15.1.2. istehlak edilmiş istilik enerjisinin dəyəri barədəsatıcı tərəfindən hesab istehlakçıya təqdim edildikdən(göndərildikdən) sonra istehlakçı tərəfindən 30 (otuz) günmüddətində tam məbləğdə ödənilmədikdə satıcının təşəbbüsü ilə;

15.1.3. istilik enerjisinin alqı-satqısı müqaviləsinin müddətibitdikdə yeni müqavilə bağlanılmadıqda;

15.1.4. təmir-profilaktika və qəza-bərpa işləri görüldükdə, ocümlədən baş verən yanğının və ya borularda (kəmərlərdə) sızmanınqarşısı alındıqda;

15.1.5. məhkəmənin qərarı ilə;

15.1.6. dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparıldıqdahəmin əməliyyatın aparılma zonasında dini ekstremizm əleyhinəxüsusi əməliyyat aparan orqanın göstərişi əsasında.

15.2. İstilik təchizatının dayandırılması (dini ekstremizməleyhinə xüsusi əməliyyatın aparılması ilə əlaqədar dayandırılmahalı istisna olmaqla) yalnız fərdi qaydada həyata keçirilir.İstiliyin dəyərini vaxtında ödəməyən istehlakçıya istiliktəchizatının dayandırılması, istilik enerjisinin dəyərini vaxtındaödəyən digər istehlakçıların hüquqlarının pozulması ilənəticələnməməlidir. Bu Qanunun 15.1.2-ci və 15.1.3-cü maddələrindənəzərdə tutulan hallarda, habelə illik iş planında göstərilənmüddətlərdə təmir-profilaktika işləri aparılarkən yazılıxəbərdarlıq göndərilmədən istilik enerjisinin verilməsinindayandırılması qadağandır.

15.3. Bu Qanunun 15.1-ci maddəsində göstərilən istiliktəchizatının dayandırılmasına səbəb olmuş hallar aradanqaldırıldıqdan və paylayıcı tərəfindən istehlakçının iştirakı iləaktla rəsmiləşdirildikdən sonra 1 (bir) gün müddətində istiliktəchizatı bərpa edilməli və aktın bir nüsxəsi istehlakçıya təqdimedilməlidir.

Maddə 16. İstilik təchizatı sektorunda hesablaşma

16.1. Paylayıcı istehlakçıya verdiyi istiliyin və isti suyunmiqdarını yalnız sayğacın göstəricilərinə (sayğac yalnız binanınşəbəkəyə qoşulma nöqtəsində quraşdırıldığı halda isə istilikenerjisindən istifadə qaydalarına) əsasən müəyyən etməli və bubarədə istehlakçıya hər ay bildiriş, habelə bu Qanunun 13.4-cümaddəsinə əsasən satıcı ilə bağlanılmış müqavilədə nəzərdətutulduğu halda istehlakçının istifadə etdiyi istilik enerjisinindəyərini tam hesablayaraq satıcının adından hesab təqdim etməlidir(göndərməlidir). Ağıllı sayğacı olan istehlakçıya istifadə etdiyiistilik enerjisinin dəyəri haqqında bildirişin və hesabın təqdimedilməsi (göndərilməsi) tələb olunmur. Bu Qanunun 13.4-cü maddəsinəəsasən satıcı ilə bağlanılmış müqavilədə nəzərdə tutulmadığı haldaistehlakçıya hesab satıcı tərəfindən təqdim edilməlidir(göndərilməlidir).

16.2. Bu Qanunun 16.1-ci maddəsində nəzərdə tutulan hesabdaistehlakçının istilik enerjisinə görə sayğacın son göstəricisinəuyğun mövcud qalıq borcu və həmin qalıq borcun ödənilməli olduğuson tarix göstərilməlidir. İstehlakçı tərəfindən istilikenerjisinin hesabında göstərilən dəyəri tam ödənildikdən sonrasatıcı yol verilmiş səhvə görə düzgün hesablanmamış istilikenerjisinin dəyərinin ödənilməsini istehlakçıdan tələb edəbilməz.

16.3. Məişət istehlakçıları üçün sayğac həmin istehlakçınınqurğusunun qoşulduğu paylayıcının vəsaiti hesabına həmin paylayıcıtərəfindən təchiz edilir, quraşdırılır və dəyişdirilir.

16.4. Qeyri-məişət istehlakçıları sayğacla öz vəsaiti hesabınaonun istilik qurğusunun qoşulduğu paylayıcı, yaxud istehlakçınınseçdiyi podratçı tərəfindən təchiz edilir, quraşdırılır vədəyişdirilir.

16.5. Bu Qanun qüvvəyə minənədək tikilmiş binalarda sayğacınquraşdırılması texniki baxımdan mümkün olmadığı hallarda paylayıcıtərəfindən binanın girişində quraşdırmış sayğacın istismarı fərdiqaydada sayğacların quraşdırılması üçün texniki imkan yarananadəkdavam etdirilir.

16.6. Bu Qanun qüvvəyə mindikdən sonra layihələndirilənçoxmənzilli yaşayış binalarında mənzillər üzrə boruların üfüqipaylanması ilə fərdi şəkildə istiliyin və isti suyun verilməsitəmin edilir və hər bir mənzil üçün sayğacın quraşdırılması həyatakeçirilir.

16.7. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerjiresurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında”Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraqhəyata keçirilir.

4-cü fəsil

İSTİLİK TƏCHİZATI SEKTORUNDA TƏBİİ EHTİYATLARDAN VƏ ENERJİRESURSLARINDAN İSTİFADƏ

Maddə 17. Bərpa olunan enerji mənbələrindən və suehtiyatlarından istifadə

17.1. İstilik enerjisinin istehsalında bərpa olunan enerjimənbələrindən istifadə stimullaşdırılır.

17.2. İstilik enerjisinin istehsalında bərpa olunan enerjimənbələrindən istifadənin stimullaşdırılması “Enerji resurslarındansəmərəli istifadə və enerji effektivliyi haqqında” AzərbaycanRespublikasının Qanunu ilə tənzimlənir.

17.3. İstilik qurğularında istilik enerjisinin istehsalı zamanısudan istifadə Azərbaycan Respublikasının Su Məcəlləsinə və digərnormativ hüquqi aktlara uyğun həyata keçirilir.

Maddə 18. Enerji resurslarından səmərəli istifadə və enerjieffektivliyi

18.1. İstilik enerjisinin istehsalı, paylanması və istehlakızamanı enerji resurslarından səmərəli istifadə və enerjieffektivliyi “Enerji resurslarından səmərəli istifadə və enerjieffektivliyi haqqında” Azərbaycan Respublikasının Qanunu ilətənzimlənir.

18.2. İstilik istehsalçısı “Enerji resurslarından səmərəliistifadə və enerji effektivliyi haqqında” Azərbaycan RespublikasıQanununun 13.3-cü maddəsi ilə müəyyən edilən enerji resurslarındansəmərəli istifadəyə dair öhdəliklərə riayət etməlidir.

Maddə 19. Ətraf mühitin mühafizəsi

İstilik təchizatı subyektləri ətraf mühitin mühafizəsi üzrətexniki reqlamentlərə əməl etməklə onların pozulmasına görəməsuliyyət daşıyır və ətraf mühitə zərərli təsirin azaldılmasınayönəldilmiş texniki və təşkilati tədbirlər həyata keçirirlər.

5-ci fəsil

İSTİLİK TƏCHİZATI SEKTORUNUN İNKİŞAFI

Maddə 20. İstilik təchizatı sektorunun inkişafı üzrə dövlətproqramı

20.1. İstilik təchizatı sektorunun inkişafı məqsədilə müvafiqicra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindəndövlət proqramları qəbul edilir.

20.2. İstilik təchizatı sektorunun inkişafı üzrə dövlət proqramılayihələrinin “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında”Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydadastrateji ekoloji qiymətləndirmə (SEQ) sənədi hazırlanır və həminsənədin dövlət ekoloji ekspertizası həyata keçirilir.

Maddə 21. İstilik təchizatı obyektlərinin tikintisi,genişləndirilməsi, yenidən qurulması, təmiri və istismarı

21.1. İstilik təchizatı obyektlərinin tikintisi,genişləndirilməsi, yenidən qurulması və təmiri AzərbaycanRespublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə, şəhərsalma vətikintiyə dair digər normativ hüquqi aktlara, o cümlədən texnikinormativ hüquqi aktlara uyğun olaraq həyata keçirilir.

21.2. İstilik təchizatı obyektlərinin tikintisi,genişləndirilməsi, yenidən qurulması, təmiri və istismarı məqsədilətorpaq sahələri üzərində hüquqlar torpaq qanunvericiliyinintələblərinə uyğun olaraq əldə edilir.

6-cı fəsil

İSTİLİK TƏCHİZATI OBYEKTLƏRİNİN TƏHLÜKƏSİZLİYİ VƏ MÜHAFİZƏSİ

Maddə 22. İstilik təchizatı sektorunda istilik qurğularının,şəbəkələrin, istilik istehlakı qurğularının təhlükəsizliyinə dairtələblər

22.1. İstilik qurğularının, şəbəkələrin, istilik istehlakıqurğularının istismarı üzrə həyata keçirilən texniki-təşkilatitədbirlər insanların sağlamlığının, həyatının və ətraf mühitintəhlükəsizliyini təmin etməlidir.

22.2. İstilik təchizatı subyektləri tikinti, quraşdırma,istismar və təmir işləri apararkən istilik qurğularınınistismarında təhlükəsizlik texnikası qaydalarına riayət etməli,inşa olunan və istismar edilən qurğuların zərərli və təhlükəlitəsirinin azaldılmasına yönəldilmiş texniki, təşkilati və digərtədbirlər həyata keçirməlidirlər.

22.3. İstilik istehsalı və paylanması üçün nəzərdə tutulmuşistilik qurğuları, habelə istilik istehlakı qurğuları texnikinormativ hüquqi aktlarla müəyyən edilmiş tələblərə uyğunolmalıdır.

Maddə 23. İstilik təchizatı obyektlərinin mühafizəsinin təminedilməsi və şəbəkələrin mühafizə zonaları

23.1. Şəbəkələrin mühafizəsinin təmin olunması, istismarı üçünşəraitin yaradılması və zədələnməsinin qarşısının alınması,həmçinin insanların həyat və sağlamlığının, təhlükəsizliyinin təminedilməsi məqsədilə şəbəkə ətrafında şəbəkənin mühafizə zonalarımüəyyənləşdirilir.

23.2. Şəbəkənin mühafizə zonalarında Azərbaycan Respublikasınınnormativ hüquqi aktları ilə qadağan olunmayan təsərrüfat işləriaparıla bilər.

23.3. Şəbəkənin mühafizə zonalarının ölçüləri və həminərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələblər müvafiqicra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindənmüəyyən edilir.

7-ci fəsil

YEKUN MÜDDƏALAR

Maddə 24. Bu Qanunun pozulmasına görə məsuliyyət

Bu Qanunun tələblərini pozan şəxslər qanunla nəzərdə tutulmuşhallarda məsuliyyət daşıyırlar.

Maddə 25. Bu Qanunun qüvvəyə minməsi

25.1. Bu Qanunun 25.2-ci maddəsində nəzərdə tutulanlar istisnaolmaqla, bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

25.2. Bu Qanunun 5.1.1-ci, 5.1.10-cu, 5.4-cü, 5.5-ci və 7.6-cımaddələri 2028-ci il iyulun 1-dən qüvvəyə minir.

25.3. Bu Qanunda nəzərdə tutulan normativ hüquqi aktlar vənormativ xarakterli aktlar qüvvəyə minənədək, istilik təchizatısektorunda yaranan münasibətləri tənzimləyən mövcud normativ hüquqiaktlar və normativ xarakterli aktlar öz hüquqi qüvvəsini saxlayırvə həmin aktların tələblərinə riayət olunmalıdır.

Maddə 26. Keçid müddəalar

26.1. Bu Qanunun 25.2-ci maddəsində nəzərdə tutulan müddətədəktənzimləyicinin bu Qanunda nəzərdə tutulan səlahiyyətləri müvafiqicra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindənhəyata keçirilir.

26.2. Bu Qanunun 25.2-ci maddəsində nəzərdə tutulan müddətədəkistilik təchizatı sektorunda qiymətlər (tariflər) müvafiq icrahakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindəntənzimlənir.

26.3. Bu Qanunun 8-ci maddəsində nəzərdə tutulan tənzimləməhaqqının məbləği və ödənilmə qaydası müvafiq icra hakimiyyətiorqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırmaqla müvafiqicra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindənmüəyyən edilir və həmin məbləğ bu Qanunun 25.2-ci maddəsindənəzərdə tutulan müddətədək müvafiq icra hakimiyyəti orqanınınmüəyyən etdiyi orqanın (qurumun) hesabına köçürülür.

Избранный
24
8
az.trend.az

10Источники