RU

Bəzi rayonlarda temperatur 39 dərəcəyə çatıb



Azərbaycanda hazırda bəzi rayonlarda havanın temperaturu 39 dərəcəyə çatıb.

aia.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, iyulun 14-ü saat 16:00-a olan məlumata əsasən, hazırda havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında, eyni zamanda Naxçıvan MR-da 38, Aran rayonlarında 39, dağlıq rayonlarda isə 31 dərəcəyədək isti qeydə alınır.

Ölkə ərazisində müşahidə olunan isti hava şəraitinin iyulun 17-dək davam edəcəyi gözlənilir.

aia.az



Избранный
7
20
aia.az

10Источники