İsti havada orqanizmin normal fəaliyyətini təmin etmək və sağlamlığı qorumaq üçün insan kifayət qədər maye qəbul etməlidir. Saglamolun.az bildiri ki, isti havada orqanizmdə susuzlaşma prosesi baş verir ki, qan qatılaşır, damarlarda trombların əmələ gəlməsi riski olduqca çox olur. Bu tromblar çox təhlükəlidir. Tromb damarlarda qan axını ilə hərəkət edə bilər. Beyin və ya ürəyin damarına düşdükdə tromb damarı bağlaya bilər. Bu isə infarkt və ya insultun inkişafı deməkdir. Son zamanlarda infarkt və insultun sayı ildən ilə artır. Bu ağır pozulmalar çox cavan insanlarda, hətta uşaqlarda inkişaf edir.Saglamolun.Az