RU

“Yeni Kaledoniyada tarixi referendum: Azərbaycanın yumşaq gücünün siyasi rolu – ŞƏRH

Bakı. Trend:

2026-cı ilin fevralında Yeni Kaledoniyada növbəti referendumkeçiriləcək. Oradakı müstəqillik tərəfdarları (aborigen kanaklar)və əleyhdarları (gətirilmə fransızlar) arasında 10 günlükdanışıqlardan sonra belə bir razılaşma əldə edilib. Əgər Parisəvvəlki referendumlarda olduğu kimi, hoqqabazlığa əl atmasa, böyükehtimalla, çoxluq müstəqilliyə səs verəcək və beləliklə, Fransadaxilində xüsusi statuslu Yeni Kaledoniya Dövləti yaradılacaq ki,onu digər ölkələr də tanıya bilər.

Bunu Trend-əaçıqlamasında Milli Məclisin deputatı Sahib Alıyevdeyib.

Millət vəkili Azərbaycanın Yeni Kaledoniyanın müstəqilliyini ilktanıyan ölkələrdən biri olacağına əminliyini ifadə edib:

“Çünki məhz Azərbaycanın yumşaq güc tətbiqi, Bakı TəşəbbüsQrupunun dekolonizasiya və insan hüquqlarının qorunması yönündəkiardıcıl fəaliyyəti nəticəsində Fransa geri çəkilib. Və belə görünürki, kanakların ardınca neokolonializmdən əziyyət çəkən digərxalqlar da azadlıqlarına qovuşacaqlar”.

Deputat bildirib ki, Fransanın tərkibində xüsusi dövlət statusuhələ tam müstəqil dövlət anlamı daşımır.

“Ümid edirəm ki, kanaklar da ötən əsrin 90-cı illərində azadlığaçıxan, öz müstəqil dövlətlərini quran xalqların yolu ilə gedəcək,onların təcrübəsindən faydalanacaq. Bu baxımdan, ən örnəkgötürüləsi nümunə bizim xalqımız və dövlətimizdir”.

S.Alıyevin sözlərinə görə, imperiya sindromundan qurtulabilməyənlər 90-cı illərdə müstəqillik qazanmış həmin ölkələrəmüxtəlif təzyiqlər edirlər.

“Təzyiqlərdə də imperiyanı bərpa cəhdi açıq-aydın duyulmaqdadır.Yaxşı olardı ki, onlar Azərbaycanın Yeni Kaledoniyanın müstəqillikəldə etməsində oynadığı roldan düzgün nəticə çıxarsınlar. Birdövlət ki öz sərhədlərindən minlərlə kilometr uzaqda yerləşən vəuzun zaman neokolonializmdən əziyyət çəkən xalqın azadlığaqovuşmasında müstəsna rol oynayırsa, kimsə onu öz iradəsinə tabeetdirə bilməz.. Həmin çevrələr üçün Laçındakı Zirvə, İƏT-inXankəndidəki sammiti bir xəbərdarlıqdır ki, Azərbaycanla təzyiqdilində danışmaq əks-effekt verə bilər. İmperiyanı bərpa cəhdi beləyox, bu haqda xəyal etmənin özü də zərərlidir”, - deyə o qeydedib.

“Özünü demokratiyanın beşiyi kimi təqdim etməyə çalışanFransanın, əslində, tarixən müxtəlif xalqlara qarşı müstəmləkəçiliksiyasəti həyata keçirdiyi bütün dünyaya məlumdur. Bumüstəmləkəçilik siyasətindən müxtəlif xalqlar hələ də əziyyətçəkir. Fransa bir sıra xalqları hələ də öz müstəmləkəsi altındasaxlayır. Təəssüf ki, beynəlxalq ictimaiyyət rəsmi Parisin busiyasətinə qarşı adekvat reaksiya vermir. Lakin Azərbaycan buməsələdə prinsipial mövqe nümayiş etdirir və Fransanın müxtəlifxalqlara qarşı repressiv siyasətinə etiraz səsini ucaldır”, - deyəMilli Məclisin deputatı Sevinc Fətəliyeva Trend-ə açıqlamasındadeyib.

Deputat xatırladıb ki, hazırda Fransa Afrika, Karib adaları,Cənubi Amerika, Sakit okean və Hind okeanındakı bəzi ərazilərdəmüstəmləkəçilik siyasətini davam etdirir.

“Bakı Təşəbbüs Qrupu isə Fransanın bu siyasətinə qarşı müxtəlifyerli və beynəlxalq səviyyəli tədbirlər keçirir. Həmin tədbirlərdəfransız müstəmləkəsindən əziyyət çəkən xalqların nümayəndələri dəfəal iştirak edirlər. Artıq Azərbaycanın həmin xalqlara siyasi vəmənəvi dəstək göstərməsi öz nəticəsini verməkdədir. Belə ki, ongünlük danışıqlardan sonra Yeni Kaledoniyanın müstəqilliktərəfdarları və əleyhdarları arasında Fransa tərəfindən tarixihadisə kimi qiymətləndirilən razılaşma imzalanıb. 13 səhifəliksənəddən ibarət razılaşmada Fransa daxilində xüsusi statusa malikYeni Kaledoniya Dövlətinin yaradılması nəzərdə tutulur. Sənədəgörə, digər ölkələr də Yeni Kaledoniya Dövlətini tanıyabiləcək”.

Millət vəkilinin sözlərinə görə, razılaşmanın qüvvəyə minməsiüçün 2026-cı ilin fevralında Yeni Kaledoniyada keçiriləcəkreferendumda təsdiq olunması nəzərdə tutulur:

“Digər məqam ondan ibarətdir ki, Fransanın beynəlxalqöhdəliklərinə və fundamental maraqlarına riayət etməklə YeniKaledoniya Dövləti tərəfindən diplomatik fəaliyyət aparılacaq. Eynizamanda, Fransa dövləti öz diplomatik münasibətlərində YeniKaledoniyanın maraqlarını nəzərə almağı, habelə Yeni Kaledoniyanınbeynəlxalq təşkilatlarda daha geniş təmsil olunması və onunbeynəlxalq inteqrasiyasını dəstəkləməyi üzərinə öhdəlik kimigötürür. Lakin Yeni Kaledoniya Dövlətinin BMT-də yerə malik olmasıilə bağlı müddəa layihədə mövcud deyil”.

S.Fətəliyeva əlavə edib ki, bu hadisənin müsbət məqamlarındanbiri Fransa Prezidenti E.Makronun ilk dəfə Yeni Kaledoniya iləbağlı danışıqlarda şəxsən iştirak etməsi olub.

“Nəzərə alaq ki, Yeni Kaledoniya məsələsininbeynəlmiləlləşdirilməsi bu məsələdə ciddi rol oynayıb ki,Azərbaycanın burada rolu və töhfəsi hər kəs tərəfindən qəbuledilir. Bundan əlavə, Yeni Kaledoniyanın yeni “unikal statusu”digər ərazilər, məsələn, uzun müddətdir ki, öz statusunu dəyişməyəcəhd edən Korsika üçün presedent ola bilər”,- deyə o fikrinitamamlayıb.

Избранный
97
40
az.trend.az

10Источники